2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“SCImago”: Regionda ən az elmi məqalə Azərbaycanda yazılır

Yayımlandı: 11 Avqust 2022 16:06

Bu göstərici ilə ölkə dünyada 94-cü yeri tutub

Azərbaycan hər 100 min nəfərə düşən elmi məqalə sayına görə regionda sonuncudur.

Saytların yığılması Saytlarin yigilmasi

Azadlıq Radiosunun məlumatına görə, “SCImago” reytinq sisteminin dərc etdirdiyi siyahıdan bəlli olur ki, 2021-ci il üzrə azərbaycanlı tədqiqatçıların 1829 elmi məqaləsi yayımlanıb.

Bu göstərici ilə Azərbaycan 232 ölkə arasında 92-ci yerdə qərarlaşıb.

2020-ci ildə Azərbaycanda nisbətən daha çox – 1885 akademik nəşr yayımlanmışdı.

O zaman Azərbaycanın reytinqi bir pillə daha yüksək – 91-ci idi.

“SCImago” platformasının 1996-2021-ci illər arası göstəricilərinə görə, son 25 il ərzində azərbaycanlı tədqiqatçılar ümumilikdə 19170 akademik məqalə yazıblar.

Bu göstərici ilə Azərbaycan dünyada 94-cü yeri tutub.

2021-ci ildə azərbaycanlı tədqiqatçıların elmi məqalələri ən çox kimya və kimya mühəndisliyi sahəsində olub.

İlboyu yayımlanan 1829 məqalənin 445-i, yəni 24 faizi kimya ilə əlaqəlidir.

Mənbə: “al-fanarmedia.org”

Ardınca mühəndisliyə aid məqalələr gəlir. Ötən il azərbaycanlı tədqiqatçıların bu sahədə 371 məqaləsi yayımlanıb. İnformasiya-kommunikasiya sahəsiylə bağlı yayımlar da ön sıradadır (260 elmi məqalə).

Azərbaycanlı araşdırmaçıların elmi məqalələrini sayca qonşu ölkələrlə müqayisə etdikdə, ölkənin heç də yaxşı göstəricilərə sahib olmadığı üzə çıxır. Ötən il Azərbaycanda 1829 elmi məqalə yayımlandığı halda, həmin göstərici Gürcüstanda 2028-dir. Bu göstərici ilə Gürcüstan Azərbaycanı iki pillə qabaqlayıb. Ötən il Ermənistanda 1243 elmi məqalə dərc edilib. Ermənistan Azərbaycandan 10 pillə geri qalıb.

Elmi nəşr sayına görə müqayisə aparıldıqda, məqalələrin toplam sayı ilə yanaşı, yazılan məqalə sayının əhalinin sayına nisbətini də göstərmək vacibdir. Bu baxımdan, Azərbaycan əhalisinin sayı Gürcüstan və Ermənistanla müqayisədə xeyli çox -10 milyon 173 min nəfərdir.

Ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə 18 məqalə düşüb.

Gürcüstan statistika orqanının məlumatına görə, ölkənin əhalisi 3 milyon 686 min nəfərdir. Ötən il gürcü tədqiqatçıların 2028 elmi məqalə yayımladığı nəzərə alınsa, bu, o deməkdir ki, ölkə əhalisinin hər 100 min nəfərinə 55 məqalə düşür. Ermənistanda isə əhalinin hər 100 min nəfərinə 42 elmi məqalə düşür. Bu baxımdan, üzə çıxır ki, əhalinin hər 100 min nəfərinə düşən elmi məqalələrin sayına görə Azərbaycan regionda sonuncu yerdədir.

Azərbaycanla qonşu olan digər ölkələrdən Rusiya 2021-ci ildə 124 min elmi məqalə sayı ilə dünyada 11-ci olub. İran illik 77 min nəşrlə 15-ci, Türkiyə isə 67 min nəşrlə 17-ci yerdədir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button