2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Seçimi uduzan Le Penin qardaşı qızı siyasətdən gedir

Fransada ifrat sağçı Milli Cəbhənin lideri Marine Le Penin qardaşı qızı, Fransanın ən gənc millət vəkili 27 yaşlı Marion Marechal Le Pen siyasəti buraxdığını açıqlayıb.

Milli Cəbhənin qurucusu Jean-Marie Le Penin nəvəsi, partiyanın məclisdəki iki deputatından biri olan Marion Le Pen bununla fərdi bir seçim etdiyini deyib. Fransanın ən gənc millət vəkili olan Marion Le Pen prezident seçkisində ikinci tura qalaraq böyük müvəffəqiyyət əldə edən və ifrat sağın səsini atasına nisbətən  az qala iki qata çıxaran Marine Le Penin varisi olaraq görülürdü.

Saytların yığılması Saytlarin yigilmasi

Marine Le Pen bu xəbərə  “Marionun seçiminə hörmət edirəm, siyasi həyatın nə qədər çətin ola biləcəyini bilirəm “deyə reaksiya verib. Marine Le Pen prezident seçkisi kampaniyası zamanı, qazandığı halda qardaşı qızı Marion Marechal Le Pene kabinetində yer verməyəcəyini bildirmişdi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button