2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Seçki ərəfəsində kəşfiyyat sənədləri məhv edilib

Məhv edilmiş işə görə 3 milyon manatdan artıq vəsait xərclənib

Saytların yığılması Saytlarin yigilmasi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində “Qütb gecəsi” və “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə sənədlərin Eldar Mahmudovun göstərişi ilə məhv edildiyi açıqlanıb.

Meydan TV-nin məlumatına görə, həmin əməliyyatlar 2013-cü ildə prezident seçkiləri ərəfəsində keçirilib.

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə materiallardan görünür ki, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.

Belə ki, 2013 ildə prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən Azərbaycana qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi açılıb. Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib.

İş materiallarından görünür ki, “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3.791.235 manat, 253.500 ABŞ dolları məbləğində vəsait xərclənib.

İttiham aktında Elçin Quliyevin xüsusi xərclər smetasına ayrılmış külli miqdarda pul vəsaitlərini mənimsəməsi də öz əksini tapıb. Qeyd edilib ki, Elçin Quliyevə məxsus “Mercedes Benz GL” markalı “90-TT-757” dövlət qeydiyyat nişanlı avtomobilə 25 dekabr 2015-ci il tarixdə keçirilmiş baxış zamanı 47 səhifədən ibarət tam məxfi sənədlər qovluğu aşkar edilib.

İstintaq orqanı aparılan araşdırmalardan belə nəticəyə gəlib ki, Elçin Quliyevin 25 noyabr 2015-ci il tarixli əmrlə Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin olunmasına baxmayaraq, Antiterror Mərkəzinin icraatında olmuş qeyd edilən materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlaması, həmçinin yuxarıda qeyd olunan ifadələrdə göstərildiyi kimi bu cür tipli sənədləri gizlətməyə cəhd etməsi onun bu və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olmasına dəlalət edir.

“Bununla yanaşı, istintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq Elçin Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə aşkar edilərək götürülmüş materiallar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. Hazıradək bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Göstərilən səbəbdən Elçin Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı əməlləri üzrə istintaq davam etdirilməlidir” – materialda qeyd olunur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button