2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Seçki Məcəlləsində sosial şəbəkələrdə diskussiyaları qadağan edən müddəa yoxdur

“Sosial şəbəkələr geniş auditoriyaya malikdir. Seçki prosesləri zamanı sosial şəbəkələrdəki proseslərin izlənməsi də buna görə, mühüm məsələdir”.

“Turan” agentliyinin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 8-də keçirilən toplantısında komissiyanın sədri Məzahir Pənahov deyib.

M.Pənahov seçki təşviqatınadək sosial şəbəkələrlə bağlı təkliflərin hazırlanmasının zəruri olduğunu ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu daha tez hazırlanmalıdır. Bunun əsasında sosial şəbəkələrin monitorinqi təşkil edilməli, təşviqatı pozanlar haqda müvafiq tədbirlər görülməlidir”.

MSK sədri fevralın 9-dan etibarən komissiya təmsilçilərinin ictimai radio və televiziyada çıxışlarının təşkil olunacağını, seçki prosesinin qanuni tərəfləri barədə gərəkli məlumatların veriləcəyini bildirib.

Öz növbəsində media üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, MSK sədri Məzahir Pənahovun açıqlaması bir məqamı özündə ehtiva edir.

“Hökumət ənənəvi medianı bütövlükdə nəzarət altına alıb. Amma, sosial media bu nəzarətdən bir qədər kənardadır. Sosial media hazırda cəmiyyətin obyektiv məlumat aldığı və azad diskussiya quracağı məkandır. MSK-nin narahatçılığı bundandır. Yəni sosial şəbəkələrdə alternativ fikirlər yer alır və heç də tam nəzarətə götürmək mümkün deyil”.

Ekspert hesab edir ki, “Seçki Məcəlləsi”ndə sosial şəbəkələrdə diskussiyaları, çoxfikirliyliyi qadağan edən müddəa yoxdur.

“Sosial şəbəkə virtual mühitdir və burada ifadə azadlığı çərçivəsində istənilən şəkildə diskussiya qurmaq, fikriləri yaymaq imkanı olmalıdır. Burada seçki qanunvericiliyə iləı bağlı hər hansı ziddiyət yoxdur”.

Seçki təbliğatına gəlincə bununla bağlı “Seçki Məcəlləsi”ndə konkret noramalar var.

“Qanun normalarına görə, hansı mediada, hansı vaxtda, hansı ölçüdə təbliğat materialı verməklə bağlı öhdəliklər vatr. Tərəflərə bərabər imkanlar yaradılmalıdır. Qanunvericiliklə tərəflər öhdəlik götürür ki, fikir azadlığı çərçivəsində fikirlərini bildirməlidirlər. Bu tənqid də, tərif də ola bilər. Amma, sosial şəbəkə iştirakçılarının fikir bildirməsinə hər hansı qadağa qoyula bilməz və ya sosial şəbəkənin qapanmasına yol vermək olmaz”, Məmmədli qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button