2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Seçki məntəqəsində namizədin vəkili vəfat edib

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyev 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində vəfat edib.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin sədri Abbas Zalov bildirib ki, Sübhan Hacıyev vəkili olduğu Mövsüm Aslanova səs “az çıxdığı üçün təəccüblənib” və “özündən gedib”. “Onlar neçə gündür ki, burda təbliğat aparırlar, səslər sayılan zaman Mövsüm Aslanova o məntəqədə 18 səs çıxıb, Sübhan Hacıyev də bundan təəccüblənib, özündən gedib. Həkim çağırdılar, amma vəfat etmişdi”, – Abbas Zalov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Mövsüm Aslanovun yaxınları bildiriblər ki, seçki məntəqəsinin əməkdaşları ilə “mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib”.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

“İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmamış, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmamışdır”, məlumatda deyilir.

Baş Prokurorluğun məlumatında qeyd olunur ki, “Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyətçəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş vətəxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunmuşdur”.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalardavam etdirilir.

BBC News Azərbaycanca

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button