Dünya
Seçki şənliyində başından vurulan 14 yaşlı uşaq həyatını itirdi
Şanlıurfada prezident seçkilərindən sonra keçirilən qeyd etmələr zamanı tapança gülləsi ilə başından yaralanan 14 yaşlı Emirhan Gelgir həyat mübarizəsini itirib.
Maqandaların açdığı atəş nəticəsində Topdağı rayonunda yaşayan Emirhan Gelgir başından yaralanıb. Qanlar içində yerə yıxılan Gelgir bu gün təcili yardımla aparıldığı Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasında həyat mübarizəsini itirib.
Emirhan Gelgirin cənazəsi yaxınları tərəfindən morqdan çıxarılaraq Bədiüzzaman qəbiristanlığında dəfn edilib. Qeyd edilib ki, Gelgiri öldürən tapançadan atəş açan şəxsin tapılması istiqamətində işlər davam etdirilir.