Now Reading:
Seçkidə sosial şəbəkələr bloklanacaq?

Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkisində namizədlər qeydə alınandan sonra sosial şəbəkələr bloklana bilər.
Az24saat.org xəbər verir ki, bu barədə elə sosial şəbəkələrdə məlumat yayılıb.

Siyasi şərhçilər də bu addımın mümkünlüyünü istisna etmir. Onların fikrincə, indiki situasiyada sosial şəbəkələr hakimiyyət üçün ciddi başağrısına çevrilə bilər.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun da sosial şəbəkələr barədə fikirləri belə düşünməyə stimul verib. Qeyd edək ki, MSK sədri növbədənkənar prezident seçkisi barədə danışarkən, sosial şəbəkələr barədə danışıb. “Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq”, – deyə Məzahir Pənahov bildirib.

Ehtimal olunur ki, sosial şəbəkələr təşviqat müddəti başlayana qədər bloklana bilər. Lakin bloklanmanın təşviqat müddəti boyunca həyata keçiriləcəyini iddia edənlər , bir qədər uzağa gedərək sosial şəbəkələrin ümumiyyətlə bloklanacağını düşünənlər də var.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.