2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Seçkidən sonra devalvasiya gözlənilir?

Aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra növbəti devalvasiya ola bilər.

24saat.org saytı xəbər verir ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bu barədə müzakirələr gedir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun son açıqlamasından sonra isə devalvasiya barədə mülahizələr daha çox səslədirilməyə başlayıb. Yada salaq ki, Elman Rüstəmov bir neçə gün əvvəl manatın ucuzlaşmayacağı barədə açıqlama verib. Mərkəzi Bankın rəhbəri ilk devalvasiyadan bir gün əvvəl də oxşar açıqlama vermişdi. İkinci devalvasiya öncəsi də Elman Rüstəmov çox arxayın danışırdı. Bu səbəbdən baş bankirin bu dəfəki açıqlaması devalvasiyaya hazırlıq prosesi kimi qiymətləndirilir.

Digər tərəfdən bu gün məlumat yayılıb ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları nağd dollar alışını iki dəfə artırıb. “Report”un Mərkəzi Banka istinadən yaydığı xəbərdə deyilir ki, kommersiya bankları bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhalidən 71,272 mln. ABŞ dollarının xalis alışını həyata keçirib.
Məlumata görə, yanvarda olduğu kimi fevralda da dollar alışı dollar satışını üstələyib. Bundan başqa, əvvəlki ayla müqayisədə alış 2 dəfədən çox artıb.

Hesabata əsasən, fevralda banklar əhalidən 222,427 mln. nağd dollar alıb, əhaliyə 151,155 mln. nağd dollar satıb.

Saytların yığılması Saytlarin yigilmasi

İki ay ərzində isə xalis alış 104,452 mln. dollar, o cümlədən alış 418,095 mln. dollar, satış isə 313,643 mln. dollar təşkil edib.
Bütün bunlar isə devalvasiyanın olacağı barədə şübhələrin artmasına səbəb olub.
Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button