Now Reading:
Seçkilərdən sonra hakimiyyət komandasında hansı dəyişikliklər ola bilər?

Seçkilərdən sonra hakimiyyət komandasında hansı dəyişikliklər ola bilər?

Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərindən sonra hakimiyyət komandasında ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Əvvəlcə qeyd edək ki, seçkilərdə prezidentin dəyişməyəcəyi barədə əminlik mövcud siyasi situasiya ilə bağlıdır. Hakimiyyət seçkiləri 6 ay əvvələ çəkməklə müxalifəti hazırlıqsız vəziyyətdə yaxalayıb. Müxalifət partiyaları da bu faktı etiraf etməli olub. Müxalif düşərgə hesab edir ki, hakimiyyət bu addımı onların seçkilərdə iştirakını əngəlləmək üçün atıb. Artıq əsas müxalifət təşkilatları seçkini boykot edəcəklərini bildirib. İlham Əliyevin seçkilərdəki rəqibləri isə çox zəifdir. Beləliklə, bu seçkilərdə İlham Əliyevin növbəti dəfə prezidentlik postuna əyləşəcəyi şübhəsizdir.

İndisə seçkilərdən sonra baş verəcəklər barədə mülahizələrə diqqət edək. Ehtimal olunur ki, seçkilərdən sonra Nazirlər Kabinetinin indiki tərkibi əhəmiyyətli dərəcədə dəyişəcək. Kənd təsərrüfatı naziri Heydər Əsədov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov və bu kimi iri fiqurların karyerasına son qoyulacağı güman edilir.

Ekspertlər hesab edir ki, seçkilərdən sonra nəhayət, baş nazir də dəyişə də bilər. “Onsuz da vitse-prezidentlik institusu yaradılandan sonra baş nazir postu bir qədər əhəmiyyətini itirib. Əgər əvvəllər hakimiyyət daxilində iri fiqurlar bu post uğrunda mübarizə aparırdılarsa, indi vitse-prezidentlik uğrunda mübarizə aktuallaşıb. Bu isə İlham Əliyevə nəhayət baş naziri dəyişmək, Nazirlər Kabinetini çevik hökumətə çevirmək imkanı verib”, – deyə ekspertlər bildirir.

Baş Nazir Artur Rəsizadə

Seçkilərdən sonra vitse-prezidentlərin təyinatının da şahidi ola bilərik. Məlumat üçün deyək ki, 2016-cı ildə keçirilən referendumdan sonra yalnız birinci vitse-prezident postuna təyinat olub. Vitse-prezidentlərin hansı məmurlar olacağını isə indidən söyləmək çətindir. Yalnız onu demək olar ki, bu postlara iqtisadi gücü olan və iddialı məmurların təyin ediləcəyi inandırıcı görünmür.

Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.