Dünya
Seçkilərin ilk turunda Kılıçdaroğlunu dəstəkləyən Hatay ikinci turda prezident Ərdoğana üstünlük verib.
İlk turda heç bir namizədin mütləq çoxluğa çatmadığı prezident seçkilərinin 2-ci turunun qalibi prezident Rəcəb Tayyib Ərdoğan olub. Birinci və ikinci turun nəticələri müqayisə edildikdə xəritədə rəngi dəyişən yeganə il Hatay olub. Hatayda keçirilən ilk turda Kılıçdaroğlu 48,08 faiz, Ərdoğan isə 48,03 faiz səs toplayıb. İkinci turda Ərdoğan 50,14 faiz, Kılıçdaroğlu isə 49,86 faiz səs toplayıb.
Birinci və ikinci turun nəticələri müqayisə edildikdə xəritədə rəngi dəyişən yeganə əyalət Hataydır. Əksəriyyətin ilk turda Kılıçdaroğlunu dəstəklədiyi Hatay ikinci turda prezident Ərdoğana üstünlük verib.