Now Reading:
Seçkiqabağı təşviqat üçün yerlər açıqlandı

Təşviqat martın 19-dan başlayır

Aprelin 11-də Azərbaycanda keçirilcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat aparmaq üçün şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. 24.saat.org xəbər verir ki, ölkənin 76 şəhər və rayonunda müəyyənləşdirilən ünvanların sayı isə 152-dir. Onlardan 76-sı açıq, 76-sı isə qapalıdır. Bakı şəhərinin 12 rayonunun hər birində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılıb.

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır. MSK bu günə qədər prezidentliyə yeddi nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasınən sədri Fərəc Quliy, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və Yeni Azərbaycan XAlq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevdir.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

 

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.