Loading...
Loading...
Manşet

Sedat Peker Eynullanın müsahibəsinə görə od püskürdü

"Ərdoğanı təhqir edirdiniz"

Mafiya başçısı olduğu iddia olunan Sedat Peker sözçüsü Emre Olurun Twitter hesabı vasitəsiylə yeni paylaşımlar edib.

Azerbaycanlı jurnalist, “Xocalı qətliamını Azərbaycan əsgərləri törədib” yazan Eynulla Fətullayevə müsahibə verən Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar millətçi mafiya olduğu irəli sürülən Sedat Pekerin “Yalıkavak Marinası (marina – kiçik qayıqların və yaxtaların yerləşdirilməsi üçün ayrılmış liman) əlindən alıınıb” iddiası ilə Türkiyə gündəminə oturan azərbaycanlı iş adamı Mübariz Mənsimovun iddialarına cavab verib.

Pekerin mətbuat müşaviri Emre Olur sosial media hesabından axşam saatlarına qədər vaxt verərək “Mehmet Ağar, dərin dövlətin başı, sən Mübariz Mənsimovun dediklərindən yalnız birini təkzib etdin. Amma bəzi qəzetlər bunu Sedat Pekeri təkzib etdiyin kimi yazır. Rəis (Sedat Peker- red.) təkzib edilməsini sevmir. Məncə, bunu düzəlt, əks halda SADAT-çılardan daha pis vəziyyətə düşərsən” deyə paylaşm etmişdi.

Vədə tamam olduqdan sonra sosial media paylaşmalarına qadağa qoyulan Sedat Pekerin Ağarla bağlı paylaşımları Emra Olurun hesabından yayımlanıb. Peker cəmi 16 tvitdən ibarət paylaşımda bu açıqlamaları verib:

“Dərin Memet, insanlar yaşlandıqca daha ağıllı olurlar. Yaşlandıqca qabiliyyətini necə itirdin? Mübarizi inkar etmək üçün müsahibə vermisənz. Halbuki sülü (Süleyman Soylu nəzərdə tutulur – “24 saat“) kimi bir şey demədən yalnız vertolyot meydançasından danışmısan. Bu mahallenin kaşarının (mahallenin kaşarı – Sedat Pekerin Süleyman Soylu üçün işlətdiyi və məhlədə hər kəslə görüşən, söz daşıyan anlamında istifadə olunur – “24 saat“) taktikasıdır.

Videolarda dedim ki, məhəllə kaşarı necə ola bilər. Madam ki qaşınırsan, günah məndən getdi. Mübarizin marinasına necə sahibləndiyindən niyə danışmamısan? Niyə marinadan narkotik, dizel və insan qaçaqmalçılığı etdiyin barədə danışmamısan? 90-cı illərdəki Kutlu Adalı cinayəti və üstü açılmayan digər cinayətlərdən niyə danışmamısan?

“90-cı illərdə baş verən üstü açılmamış qətllərdən də danışacağıq”

Gələcəkdə 90-cı illərdəki üstü açılmayan qətllərdən də danışacağıq. Mən bildiklərimi və rəhmətlik Tarık Ümitin Göztəpədə mahalının valisi Həsənin evində mənə dediklərini də danışacağıq. Rəhmətlik Tarık Ümit öldürəcəyini bilirdi. Hətta bunu mənə dedi və sən onu öldürdün.

Narkotik alverçilərindən aldığınız pulları üzünə deməsək, ayıb olar. Keçmişdə olanlar hər şey haqqında səmimi danışacağıq. Oğlunun öldürdüyü jurnalist qızın adını niyə çəkmədin?

“Oğurluq sizin geninizdədir”

Guya ki, həbsxananın vertolyot meydançasını keçmiş bələdiyyə sədri tikdirib, oğlun da sənin kimi oğrudur, ona görə sənə deməyib – Mübarizdən 50 min dollar alıb ki, vertolyot meydançasını tikəcəyik. Oğurluq sizin geninizdədir.

Həmin helikopter meydançasına bir dəfə rəhmətlik Mustafa Koçun helikopteri ilə gəlmişdi. Yenə Ferid Şahenkin helikopteri ilə gəldik. Mübarizin helikopteri ilə ən azı 100 dəfə gedilib. Siz nə iyrənc adamsınız, Aydının keçmiş baş prokuroru Ekrem Yiğit fetödən qovulanda bu adamı PETKİM-ə (Petrokimya Holdinq – hazırda SOCAR-ın Türkiyə qolunun nəzdindədir – “24 saat“) sən yerləşdirmədinmi?

“Gülənin məktubunu çərçivələdib həbsxana divarından asmadınmı?”

Fətullah Gülən həbsxanada sənə 7 kitab göndərməmişdi? Balaca uşaqlar kimi “mənə bu kitabları Fəttullah Gülən göndərib” deyə hər yanına gələnə göstərmirdinmi? Bir də ki, onun göndərdiyi məktubu qəhvəyi çərçivəyə salıb həbsxana divarından asmamışdınmı? Hamıya göstərmirdin? Sən nə iyrənc adamsan, səni məhv edəcəm…

Mübariz oğlun Tolqa Ağarı kokain istifadə etdiyinə görə işdən çıxarmadı? Onun sizinlə dostluğu belə bitmədimi?

“Ərdoğanın arxasından təhqir edirdiniz”

Üstəlik, Tayyib Ərdoğanı arxasınca daim təhqir edirdiniz. Hasan Yeşildağın Boğaza baxan yerində 4,5 saat Həsən Yeşildağla görüşdükdən sonra birdən dəyişmədinmi? Sən o görüşdə nə danışdınızsa, hamısından danışacağıq.

Bundan əlavə, yeri gələndə inan ki, Müdafiə Nazirliyində “Milli Dizayn və Milli İstehsal” yalanı ilə hələ də dövləti necə soyduğundan da danışacağıq.

“Ölümündən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?”

Derin Mehmet, səni 2020-ci ildə Kayseridə öldürülən iş adamı kimi tanınan narkotik qaçaqmalçısı orhan adıbellinin (ad və soyadın baş hərflərini qəsdən balaca yazıb – “24 saat“) ölümündən danışanda görəcəyəm. Deyirlər ki, adamı öldürənlər tutulub, pula görə öldürüblər. Beləliklə, kim öldürüldü, cavab yoxdur (əsas qətldən)!.

Ölməzdən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?

Bu dövran dəyişəndə bu cinayətə yenidən baxılacaq, yenidən araşdırılacaq. Prokuror HTS qeydlərini tələb edəcək.

(HTS qeydləri ilə insanların kimə zəng etdiyi, səsli və ya video rabitəsindən istifadə etdiyi barədə məlumatlar əldə edilir.)

Bu adam ölümündən əvvəl sən bu bu adamla nə danışırdın? Yığıncaqdakı digərlərinin HTS qeydləri də açıqlanacaq.

“Orxan Adıbellini öldürən ortağınız deyilmi?”

Prokuror səndən bunları soruşmayacaq, həyasız? Sən həm Daxili İşlər, həm də Ədliyyə Nazirli olmusan. Narkotik puluna görə ödəniləcək 50 milyon avro məsələsində ara düzəldən kimi çıxış etməkdən utanmırsan, ay rüsvayçı adam? Buyur, çıx de ki, mən Orxanla danışmamışam.
Mərhumun oğlu hazırda danışa bilmir. Ola bilsin ki, vaxtı gələndə o da danışsın. Danışmasa belə, bütün sübutlar məndə var. Görüşəcəyik, darıxma. Orxan Adıbellini öldürən ortağın, “siçan” ləqəbli murat boyracı (Ad və soyadın baş hərflərini qəsdən balaca yazıb – “24 saat“) deyilmi? murat boyracı ilə HTS arxiviniz ortaya çıxmayacaqmı? Bəs öldürülən orhan addibelli ilə HTS qeydlərin necə, onlar da çıxmayacaqmı?

Bayram deyil, seyran deyil – Dubayda nə gəzirsən?”

Bir tərəfdən iddialara “doğru deyil” deyirsən, eyni zamanda Murat Boyracı və “siçan Muratı Dubaya göndərirsən. Sən zavallısan. Məni rəhmətlik Tarık Ümit və rəhmətlik Orxan Adıbelli ilə qarışdırma. Ya da məni əvvəllər öldürtdürdüyün insanlarla qarışdırma. Bir dostum xahiş etdiyi üçün Murat Boyracı haqqında heç kimə heç nə deməyəcəkdim. Mənə qarşı sui-qəsddən söhbəti başlamışkən sənin eyni ərəfədə Dubayda nə işin var? Əgər yaxşı niyyətlə gəlmisənsə, bizi niyə xəbərdar etməmisən?

“Pokemon Mehmet Barlas” diliniz çox uzandıb. Boğazdakı “Les Ottomans” otelində iş təqibi nəticəsində aldığınız cukkalardan da xəbər verəcəyəm”.

İran vətəndaşı Əhməd Nəzərinin paylaşımı

Ağarın Avropada həbs qərarı ilə axtarışda olan İran vətəndaşı Əhməd Nəzəriyə Türkiyə vətəndaşlığı verdiyini bildirən Peker, Nəzərinin şəxsiyyət vəsiqəsinin görüntülərini də paylaşıb. daha sonra Sedat Peker “Avropanın hər yerində axtarışda olan İran vətəndaşı Əhməd Nəzərini Türkiyədə necə gizlətdin? Axtarışda ola-ola bu adama necə Türkiyə vətəndaşlığı verdirdin? Keçən il mən paylaşmağa başlayanda ortalığın qarışdığını görüb onu Dubaya onu göndərdin. “Kavacık”ın mərkəzində plazası, “Acar Blu”da da evi var idi. İldə orta hesabla 250 milyon dollar toplayan beynəlxalq fırıldaqçılıq şəbəkəsini idarə edir. Bütün Avropada axtarışda olan adama Türkiyə vətəndaşlığını necə verdirdin?” yazıb.

Ahmed Nazari

Ahmed Nazari

Daha sonra isə Sedat Peker bu iddianı paylaşb:

“O, hazırda Dubayda sənin Elazığdan olan ortağın Murat Boyracı qəbul edir. Bingöllü Sehmus da onlar birlikdədir. Təbii ki, bir prokuror gəlib Tolga Ağar və Əhməd Nəzərinin HTS qeydlərini tələb edəcək. Cihan ekşi, Ahmed Nazari hələ də ona hədiyyə verdiyin 10 min dollarlıq təsbehı fırladır, bunları da danışacağıq, çox danışacağıq”.

24 saatxeberler

P.S. Xatırladaq ki, Eynulla Fətullayev Mübariz Mənsimovun “lotu Quli” kimi tanınan şəxs barədə açıqlamalarından sonra Mənsimovdan qisas alacağı məzmunlu paylaşım etmişdi.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button