24saat.org Şəfəq Balaşova başçının müavini olmaq üçün pul toplayır - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Şəfəq Balaşova başçının müavini olmaq üçün pul toplayır

Məktəb direktoru Şəfəq Balaşova başçının müavini olmaq üçün pul toplayır – Buna görə də məktəb xaraba qalır

Neftçala rayonunda şəhid E.Həbibov adına 4 saylı məktəbin direktoru Şəfəq Balaşova ilə valideynlər arasında gərginlik yaşanır.

Bu barədə  az24saat.org saytına daxil olan məlumatda bildirilir ki, gərginliyin əsas səbəbi direktorun “həftə səkkiz, mən doqquz” uşaqlardan pul tələb etməsidir.

Məktəb isə xaraba vəziyyətindədir və günü gündən də xaraba vəziyyətə qalır. az24saat.org-a daxil olan məlumatda bildirilir ki, şəhid E.Həbibov adına 4 saylı Neftçala rayon məktəbi daha əvvəllər rayonun ən aparıcı və xöşməramlı ənənələri ilə yadda qalan təhsil ocaqlarından biri olub.

Bu seçilb sayılan məktəbə Şəfəq Balaşova direktor təyin olunandan sonra xarabaxanaya çevrilir. Məlumata əsasən Şəfəq Balaşova onu himayə edənlər arasında olan Təhsil Nazirliyində çalışan yüksək çinli bir məmura arxalanır. Belə ki, iddiaya əsasən Şəfəq Balaşova məktəbin təmirinə ayrılan pullartı saxta sənəd tərtib etməklə mənimsəyir, məktəbin təmirinə isə bir qəpik də xərcləmir.

ŞƏFƏQ BALAŞOVA MƏKTƏBDƏ QALMAQAL YARADIR?

Bu azmış kimi direktor təmir və avadanlıq almaq almaq adı altında hər ay məktəblilərdən pul tələb edir. Sonuncu belə bir tələb isə qalmaqalla müşahidə olunub.

Direktor xanımın hər ay pul tələb etməsindən cana doyan bir neçə valideyn məktəbə gələrək dava-dalaş salıb. Həmçinin 4 saylı məktəbin təsərrüfat işləri üzrə müavini Alik adlı şəxsin bilinməyən səbəblərdən özünü yandırması ilə bağlı fakt da ciddi araşdırma tələb edir. iddiaya görə, bu fakt araşdırılarsa,  ortaya bir çox maraqlı məqamlar çıxa bilər və bu nüansların bəziləri də məktəbin direktorunun şübhəli maliyyə işlərinin üzərinə işıq sala bilər.

Ş.Balaşovanın 4 saylı məktəbdən əldə etdiyi gəlirlər hesabına Bakıda və Neftçalada müvafiq olaraq 3 və4 otaqlı mənzil aldığı da qeyd olunur.

Hazırda isə xanım direktor öz yaxınlarına icra başçısının müavini keçmək üşün pul topladığını söyləyir.

Bildirilir ki, Şəfəq Balaşova hazırkı icra başçısı İsmayıl Vəliyevin rayonda rəhbər vəzifədə qalıb-qalmamasından asılı olmayaqraq, icra başçısının müavini olacağından əmindir.

Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.