2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Sel Sumqayıtda şagirdlərə dərsə getməyə imkan vermədi

Sumqayıt şəhərində orta məktəbi sel suları basıb. Məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Axşam saatlarından şəhər ərazisində güclənən yağış nəticəsində Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin həyətinə sel gəlib. Nəticədə məktəbin həyəti təxminən 40-50 sm hündürlüyündə su ilə dolub. Hadisə nəticəsində şagirdlər orta məktəbə daxil ola bilməyib, geri qayıdıblar.

Məsələ ilə bağlı açıqlama verən Sumqayıt şəhər 1 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva faktı təsdiqləyib.

Direktor bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinə dərhal məlumat verilərək məktəbdəki vəziyyət bildirilib: “Məktəbin əsas girişindən həyətə daxil olmaq çətin olduğu üçün alternativ yoldan istifadə etmişik. Müəllimlər məktəbdədirlər”.

R.Tağıyeva deyib ki, alternativ yol da palçıqlıdır: “Amma ən azından bu yoldan istifadə etmək olur. Şagirdlərdən də məktəbə gələnlər var. Bəzi şagirdlər gəlməsə də, məktəbdə tədris dayanmayıb. İndi gözləyirik ki, aidiyyəti qurumlar məktəbin həyətindəki suyu çəksinlər”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button