2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Senat Nazarbayevin ömürlük imtiyazlarının alınmasını təsdiqləyir

Nazarbayevin “Qazaxıstanın daxili və xarici siyasətinin əsas istiqamətini koordinasiya etməklə bağlı” ömürlük hüququnun ləğvi təklif edilir

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanda parlament keçmiş prezident Nursultan Nazarbayevin ömürlük imtiyazlarının alınmasını təsdiqləyir.

Parlamentin yuxarı palatası Senat yanvarın 27-də aşağı palatanın, keçmiş prezidenti nüfuzlu Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalq Assambleyasının ömürlük sədrliyindən uzaqlaşdırmaqla bağlı təklifini qəbul edib. Həmçinin Nazarbayevin “Qazaxıstanın daxili və xarici siyasətinin əsas istiqamətini koordinasiya etməklə bağlı” ömürlük hüququnun ləğvi təklif edilir.

“Senatorlar qanunvericiliyə Təhlükəsizlik Şurası və Qazaxıstan Xalq Assambleyasına dövlət başçısının sədrlik edəcəyi ilə bağlı dəyişikliyi təsdiqlədilər”, – senator Ləzzət Süleyman deyib.

Senat qanun layihəsini dəyişikliklərlə birgə təsdiqləyərək Məclisə qaytarıb.

2019-cu ilin martında istefasını elan edərək Kasım Jomat Tokayevi xələfi seçən Nazarbayev Elbaşı kimi məhdudiyyətsiz hakimiyyətini saxlamışdı.

Bu ayın əvvəlində Janaozen şəhərində yanacağın qəfil bahalanmasına etirazlar vaxtı etirazçıların qəzəbi əsasən Nazarbayevə yönəldi. O, ölkəni 1989-cu ildən bəri idarə edirdi.

Yaxın qohumları vəzifədən kənarlaşdırılır

Tokayev yanvarın 5-də Nazarbayevi Təhlükəsizlik Şurasının sədrliyindən kənarlaşdırdı. O, yanvarın 11-də Nazarbayevi ilk dəfə açıq tənqid elədi, onun hakimiyyəti dövründə xeyli gəlirli şirkətlərin, zəngin adamların peyda olduğunu, adi xalqın layiq olduğunu almasının vaxtı çatdığını dedi.

O vaxtdan Nazarbayevin bir sıra yaxın qohumları rəsmi vəzifələrdən uzaqlaşdırılıblar.

Tokayev etirazlar vaxtı “20 min terrorçu”nun Almatıya hücum etdiyini dedi. O, xəbərdarlıqsız atəş açmaq əmri verdiyini bildirdi, Rusiyanın başçılıq etdiyi KTMT qüvvələrini köməyə çağırdı.

Hakimiyyət etirazların arxasında “terrorçular”ın durmasına birbaşa dəlil göstərməyib.

İğtişaşlarda 19 hüquq-mühafizə əməkdaşı olmaqla 227 nəfərin öldürüldüyü, 12 min nəfərin saxlandığı bildirilir.

İnsan haqları qrupları isə xeyli sayda adamın itkin düşməsi səbəbindən ölənlərin daha çox olduğunu deyir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button