2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Senator Menendez Qarabağ ermənilərinin müdafiəsinə qalxır


ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin vəzifəli üzvü Bob Menendez Dağlıq Qarabağda atəşkəs barədə razılaşma əldə edildikdən sonra bəyanat yayıb:

“Bu, etnik ermənilər üçün hər yerdə faciəli andır. Bu həftənin əvvəlində imzalanmış razılaşma Rusiya, Türkiyə və Azərbaycanı Cənubi Qafqazda gücləndirmiş olub və regionu qarşıdan gələn illərdə qarışdıra bilər”.

Menendez bu bəyanatında Tramp administrasiyası rəsmilərini bu münaqişəyə dair müzakirələrdə olmamaqda ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, indiyədək “prezidentlər Əliyev və Erdoğan tərəfindən qəddar zorakılıq görən erməni xalqının taleyi indi Putinin göndərdiyi sülhməramlılardan asılıdır”.

Menendez bildirir ki, Birləşmiş Ştatlar bu regiondakı məsələlərlə ciddi məşğul olmalıdır.

Onun fikrincə ABŞ bu məsələ ilə “üç avtoritarın” deyil, ATƏT-in Minsk qrupunun məşğul olmasına nail olmalıdır.

 

Yenə 907-ci maddəyə düzəliş

Senator bildirir ki, ABŞ təcili qaydada Türkiyə və Azərbaycana müdafiə yardımı nəzərdə tutan qanun maddələrini ləğv etməlidir.

O habelə administrasiyanı Azərbaycana qarşı 907-ci maddəyə düzəlişin tətbiqinə çağırır.

Menendez bildirir ki, ABŞ-ın Azərbaycana təhlükəsizlik yardımları Trump administrasiyası dövründə kəskin artıb:

“Məhz buna görə də mən Senata dövlət katibi Maykl Pompeodan Azərbaycan və Türkiyədə insan haqlarının pozulmasına dair hesabat verməsini tələb edən iki layihə təklif etmişəm…Əgər Tramp administrasiyası hərəkət etməkdən imtina edərsə, bu qətnamələrdən istənilən an Azərbaycan və Türkiyəyə yardım və silah transferinin dayandırılması üçün istifadə edilə bilər”.

Senator Menedez habelə Dağlıq Qarabağda son döyüşlər nəticəsində qaçqın düşmüş ermənilərə humanitar yardımın göstərilməsinə çağırıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button