2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şengen vizası üçün tələb olunan sənədlər hansılardır?

Səyahətçi bloqu yaranandan səyahətsevənlər bizə həm facebook, həm də e-mail vasitəsilə müxtəlif suallarla müraciət edirlər. Səyahət üçün ucuz ölkələrdən tutmuş, ucuz təyyarə bileti, oteli haradan tapmaq olar və s. kimi suallar alıram. Blogpostlar vasitəsilə sualların cavablarını verməyə çalışıram. Hər iki nəfərdən birinin verdiyi sual viza üçün hansı sənədlərin lazım olması ilə bağlıdır. Çoxsaylı müraciətləri nəzərə alıb, sizin üçün bu yazını hazırlamaq qərarına gəldim.
Viza müraciəti etmək üçün lazım olan sənədlər:
Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı;
Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır);
10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;
Son 3 ildə alınmış vizaların sürəti;
Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;
Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;
Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır).
Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd).
Sonrakı tələb viza müraciəti edənin sosial vəziyyətini əks etdirən sənədlərdir. Burada bir neçə sənəd tələb olunur.
İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir);
Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd.
Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılıb səfirliyə təqdim edilir.
Qeyd: Səfirlik sizdən əlavə sənəd tələb edə bilər.
seyahetciblog.wordpress.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button