2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Sentyabrın 1-dən bu şəxslər də ticarət və restorana buraxılacaq

Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.

Bunu  Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu proses sentyabrın sonuna qədər davam edəcək: “Sentyabrın 1-dən etibarən peyvənd olunmayan şəxslərin bu obyektlərə girişi qadağan ediləcək. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. Çünki bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır. Hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir. Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır”.

Saytların yığılması Saytlarin yigilmasi

Trend

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button