2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Separatçı bölgələrin tanınması üçün Putinə müraciət edildi (Video)

Duma qondarma Donetsk və Luqansk “respublikalarının” tanınmasının zəruriliyi barədə prezident Vladimir Putinə müraciət qətnaməsini qəbul edib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna parlamenti Verxovna Rada Rusiya Dumasında Ukraynanın Luqansk və Donetsk vilayətlərində qurulmuş qondarma “respublikaların” tanınması üçün Vladimir Putinə müraciətin qəbul olunması ilə bağlı səsvermənin ardınca beynəlxalq birliyi Moskvanın bu aktını tanımamağa çağırıb.

Verxovna Radanın müraciəti BMT-yə, Avropa Komissiyasına, AŞPA-ya, Avropa Parlamentinə, NATO-nun Parlament Assambleyasına, dünya hökumətlərinə və parlamentlərinə ünvanlanıb.

Müraciətdə deyilir ki, Rusiyanın hərkətləri BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizamın pozulması istiqamətində daha bir cəhddir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Rusiyanın qondarma DXR və LXR-i tanıması onun Minksk razılaşmalarından de-jure çıxması sayılacaq.

Putinin xoşuna gəlib

Rusiya Dövlət Dumasının deputatları fevralın 15-də Ukrayna ərazisindəki qondarma separatçı Donetsk və Luqansk “respublikalarının” (DXR və LXR) tanınmasının zəruriliyi barədə prezident Vladimir Putinə müraciət qətnaməsini qəbul ediblər.

Bu baradə Rusiya parlamentinin aşağı palatasının saytında məlumat verilib.

Putin qərarı dərhal şərh edib və deyib ki, deputatlar “cəmiyyətdəki əhval-ruhiyyəni hiss ediblər”.

O əlavə edib ki, Rusiyada “Donbas sakinlərinə” böyük dəstək var.

Səsverməyə eyni vaxtda iki müraciət layihəsi çıxarılmışdı. Bunlardan birini Rusiya Federasiyası Kommunist Partiyasının deputatları, ikincisini isə hakim Vahid Rusiya fraksiyası təklif etmişdi.

Rusiya mediası xəbər verir ki, kommunistlərin qətnamə layihəsinin leyhinə 351, əleyhinə isə 16 deputat səs verib.

Vahid Rusiyanın layihəsi daha az – 310 səs toplayıb.

Beləliklə, Vladimir Putinə kommunistlərin müraciəti göndəriləcək.

Bundan əvvəl Dumanın spikeri Vyaçeslav Volodin demişdi ki, Ukraynanın separatçı bölgələrinin müstəqilliyinin tanınması “çox mühüm və məsuliyyətli” məsələdir.

O bildirmişdi ki, belə bir qərarı mümkün qədər tez qəbul etmək lazımdır:

“Vaşinqton gərginliyi artırır, eyni zamanda Avropa ölkələri ilə birlikdə Ukraynaya silah daşıyır, Kiyev isə Minsk razılaşmalarına məhəl qoymur. Bütün bunlar bizim DXR və LXR-də yaşayan vətəndaş və soydaşlarımızın həyatı üçün risk yaradır”.

Volodin “bizim vətəndaşlarımız” deyərkən Ukraynada 2014-cü ildən bəri Rusiya vətəndaşlığını qəbul edənləri nəzərdə tutub.

Moskva indiyədək separatçı bölgələrdə 700 minədək pasport paylayıb.

Separatçı ‘respublikaların’ tanınmasına hazırlıq görülür?

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi fevralın 14-də qondarma Donetsk və Luqansk “xalq respublikalarının” (DXR və LXR) tanınması üçün Rusiya prezidentinə müraciətin iki variantını bəyənib.

24 saat” “
Separatçı bölgələrin tanınması üçün Putinə müraciət edildi (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button