Loading...
Loading...
24 saat

Separatçı lider müstəqillik bəyannaməsini imzalayıb

İspaniyanın Kataloniya vilayətinin başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannaməni imzalayıb. Mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin müstəqilliyi dəstəkləyən deputatlar da qol çəkib.

Parlamentin iclasında çıxış edən separatçı lider bölgəni müstəqil dövlət elan olunmasına, bu haqda qanun qəbul etməyə tələsməməyi, rəsmi Madridlə dialoqa başlamağı təklif edib.

Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Bölgə son illər özünü müstəqil dövlət elan etməyə bir neçə cəhd göstərib.

Muxtar vilayətdə 2014-cü il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

2015-ci il noyabrın 9-da vilayət parlamenti bölgədə müstəqil dövlət yaradılması prosesinə qərar verib. İspaniyanın Konstitusiya Məhkəməsi qətnamənin ləğvi barədə qərar çıxarıb.

Bu il oktyabrın 1-i Kataloniyada keçirilmiş referenduma qatılanların 90 faizindən çoxu vilayətin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb.

İspaniya hökuməti referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.

Novator.az

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button