2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Serbiya Ukraynada keçirilən referendumları tanımayacaq

Rusiyanın müttəfiqi Serbiya bildirib ki, Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi referendumların nəticələrini tanımayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Serbiyanın xarici işlər naziri Nikola Selakoviç sentyabrın 25-də Berlqradda deyib ki, Serbiya bu referendumların nəticələrini BMT xartiyasına və beynəlxalq qanuna görə tanıya bilməz.

Nazir bildirib ki, əks halda Serbiyanın milli maraqlarına, suverenliyinə və ərazi bötüvlüyünə ciddi zərbə vurulardı.

Serbiya Rusiya ilə yaxın münasibətlərini qoruyub saxlayır. Rusiya 2008-ci ildə Serbiyanın bir hissəsi olan Kosovonun müstəqilliyini tanımayıb. Kosovonu hazırda ABŞ və Qərb ölkələri də daxil 100-dək ölkə tanıyıb.

Moskva Kosovonu Qərbin əsas səhvlərindən biri sayır.

Selakoviç və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının iclası əsnasında ölkələri arasında ikiillik “məşvərət planı” imzalayıblar.

Avropa İttifaqına zərbə

Bu Rusiya və Serbiya arasında Moskvanın Ukraynaya müdaxiləsindən sonra imzalanmış ilk yüksək diplomatik sənəddir.

Avropa İttifaqının Serbiya üzrə məruzəçisi Vladimir Bilicik deyib ki, bu sənədin imzalanması Serbiyanın ittifaq üzvlüyü niyyətinə böyük zərbədir:

“Gəlin açıq danışaq, Avriopa İttifaqı üzvlüyünü istəyən ölkəyə hücum Aİ-nin genişlənmək planlarına hücumdiur”.

Belqrad BMT-nin Rusiyanın Ukraynaya hücumunu pisləyən bir sıra qətnamələrinə səs versə də, Moskvaya qarşı sanksiyalara qoşulmayıb.

Kiyev və Qərb Ukraynanın işğal altında olan Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində Moskvanın keçirdiyi referendumları saxta adlandırıb.

24 saat” “
Serbiya Ukraynada keçirilən referendumları tanımayacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button