2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Serbiyada hostel miqrantlara görə bağlanıb

Serbiyanın şimal-qərbindəki Sombor şəhərində Sinisa Sevo öz hostelində miqrantlara yatmağa yer verdiyinə görə ifrat sağçı serb ekstremistləri tərəfindən “xəyanətkar” adlandırılıb. Ona sosial mediadan ölüm təhdidləri gəlir.

Damğa

Sevo və daha beş nəfərin fotosu şəxsi məlumatları ilə birlikdə posterlərə daxil edilərək 80 min nəfərlik əhalisi olan şəhərin müxtəlif yerlərinə vurulub. “Xalq Patrolu” adlanan ifrat sağçı qrup bu altı nəfəri miqrantlara qalmağa yer verməklə gəlir götürməkdə suçlayır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bura balaca şəhərdir və kimsə sizi bu şəkildə damğalayanda bunun təsiri olur”, – Sevo AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) Balkan xidmətinə deyib.

Posterləri yayanlar eyni ittihamı sosial mediada da paylaşıblar. “Sombor vətəndaşları, bunlar sizin miqrantlara qanunsuz yer verən qonşularınızdır”, – deyə qrup 43 min izləyicisi olan Facebook səhifəsində yazıb.

Sevo deyir ki, bunun ardınca onların ünvanına nifrət dolu şərhlər yağmağa başlayıb: “‘Onları ağacdan asın’ kimi şərhlər də var idi”, – o deyir. Şərh yazanların arasında onları “xəyanətkar” adlandıranlar və “miqrantlarla birlikdə ölkədən qovulmalarını” istəyənlər də olub.

5 min qaçqın və miqrant

Sevonun həyat yoldaşına da sosial mediadan hədə-qorxu dolu mesajlar gələndə o ciddi narahat olmağa başlayıb: “Əvvəlcə bunu ciddi qəbul etmirdim. Sonra narahat olmağa başladım. Xüsusən də ailəmə görə”, – o deyir.

Polis məsələni araşdırdığını deyir. Ancaq Sevo hostelini bağlamağa məcbur olub.

BMT-nin qaçqınlar qurumu olan UNHCR-ın məlumatına görə, Serbiyada hazırda 5 min qaçqın və miqrant yaşayır. Serbiya öz ölkəsindəki münaqişə, təqib və iqtisadi çətinliklərdən qaçan insanların keçdiyi “Balkan yolunun” üzərində yerləşir.

Bu il Qərbi Balkanlardan keçərək Avropa Birliyinə daxil olan qanunsuz miqrantların sayı iki dəfəyə qədər artıb. AB-nin sərhəd agentliyi olan Frontex onların əksəriyyətinin Suriya və Əfqanıstandan gəldiyini bildirir.

Mərkəzlərdə yer yoxdur

AB üzvü olan Xorvatiya və Macarıstandan çox da uzaqda olmayan Somborda qaçqın və miqrantlar dövlətin nəzarətində olan mərkəzlərdə yerləşdiriliblər. Bu mərkəzlərdə bütün qaçqınlara yer tapılmadığından Sevonun hosteli kimi özəl qonaq evləri boşluğu doldurmaq üçün köməyə gəliblər. Ancaq bu, ifrat sağçıların xoşuna gəlmir.

İfrat sağçılar ötən il Sombor və Serbiyanın digər şəhərlərində yürüş və digər aksiyalar keçiriblər. Müşahidəçilər onların miqrantlarla toqquşduqlarını, onları hədələdiklərini, onsuz da gərgin olan vəziyyətdə qorxu və önyarqıları alovlandırdıqlarını bildirirlər.

Sevo deyir ki, son bir ildə onun hostelində əsasən Yaxın Şərq və Asiyadan gələnlər qalıb. Şəhərdə miqrantlar üçün qalmağa yer tapılmadığından bəziləri parklarda yatmalı olur.

Sevonun sözlərinə görə, ifrat sağçılar qaçqınları təhqir edir və onlara hücum etmək üçün sözün həqiqi mənasında bəhanə axtarır.

Prokurordan tədbir gözləyirlər

Oktyabrın 12-də Sevo və adları posterlərə salınan şəxslər polisə şikayət ediblər. Onlar sosial mediadan aldıqları hədələrin detallarını da polisə təqdim ediblər. Polissə onların şikayətinin yerli prokurorluğa ötürüləcəyini bildirib. “İndi biz prokurorun tədbir görməsini gözləyirik”, – Sevo deyir.

Posterlərin yapışdırılmasından bir gün sonra “Xalq Patrolu” nümayiş keçirərək “Biz miqrantları istəmirik” şüarı səsləndirib. Nümayişdə 30-40 nəfər iştirak edib.

Serbiya qanunlarına görə yalnız dövlətdən rəsmən sığınacaq istəyən miqrantlara özəl məkanlarda qalmağa yer verilə bilər. Əksər miqrantlar AB-nə gedib çatmağa ümid etdiklərindən Serbiyada sığınacaq üçün müraciət etmirlər.

Serbiyada ümumilikdə 20 qaçqın mərkəzi var. Sombordakı mərkəz onlardan biridir. Bu mərkəzlər Serbiya Qaçqın və Miqrantlar Komissarlığına tabedir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button