İdman 02.11.2025

Sergen Yalçın derbidə gözlənilməz qərar verdi

Sergen Yalçın derbidə gözlənilməz qərar verdi

Sergen Yalçından gözlənilməz qərar

Trendyol Süper Liqanın 11-ci turunda Beşiktaşın öz meydanında əzəli rəqibi Fənərbağçanı qəbul edəcəyi matç öncəsi baş məşqçi Sergen Yalçın sensasiyalı bir qərara imza atıb.

Yalçın, ingilis hücumçu Tammi Abrahamı derbi matçına ehtiyat oyunçular skamyasında başlamaq qərarına gəlib. Sergen Yalçın mərkəz hücumçu mövqeyində seçimini malili forvard Əl-Bilal Turedən yana edib.

"Başqa planlara keçə bilərik"

Abrahamı əvəzləyən və hücum xəttində gözlənilməz bir dəyişikliyə imza atan Sergen Yalçın bu barədə aşağıdakı fikirləri səsləndirib:

"Əl-Bilal onsuz da mərkəz hücumçusudur. Biz onu bu mövqe üçün almışıq. Bəzi oyunlarda cinahda istifadə etdik. Bu gün belə başlamağı məqsədəuyğun gördük. Oyunun gedişində komandaya, fərdi çıxışlara baxacağıq. Oyunun davamında başqa planlara da keçə bilərik".

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz