2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sergey Kovalyov 91 yaşında vəfat edib

Sovet dövrünün tanınmış siyasi məhbusu və dissidenti Sergey Kovalyov Moskvada 91 yaşında vəfat edib.

Oğlu İvan Facebook-da atasının avqustun 9-da səhər yuxuda keçindiyini yazıb.

Sovet insan haqları fəalı Andrey Saxarovun davamçısı sayılan Kovalyov 1974-cü ildə insan haqları fəaliyyətinə görə həbs olunub, yeddi il həbsdə yatıb. O, daha sonra üç il ölkədaxili sürgündə olub.

Saytların yığılması Saytlarin yigilmasi

Sovet lideri Mixail Qorbaçovun islahatları dövründə, 1987-ci ildə onun Moskvaya qayıtmasına icazə verilib.

Fəaliyyəti

Kovalyov 1990-cı illərdə Moskvada Memorial insan haqları mərkəzini təsis edib, Amnesty International təşkilatının Moskva filialının, Beynəlxalq Humanitar Konfransın, Qlasnost mətbuat klubunun fəaliyyətində iştirak edib.

O, 1990-cı ildə Rusiya Ali Sovetinə seçilib. İnsan Haqları Komitəsinə sədrlik edən Kovalyov 1991-ci ildə İnsan və Vətəndaş Hüquqları Bəyannaməsini hazırlayıb. O, 1991-ci ildə sovet siyasi repressiyası qurbanlarının reabilitasiyası üzrə qanunun parlamentdə keçməsinə nail olub.

Kovalyov 1993-2003-cü illərdə Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının aparıcı liberal üzvü idi. 1994-95-ci illərdə isə ölkənin ilk insan haqları ombudsmanı olub.

O, Prezident Vladimir Putin və hökumətini ölkədə insan haqlarının vəziyyətinin pisləşməsinə görə açıq tənqid edirdi.

Rusiyanın müdaxiləsini pisləyib

Putin hakimiyyətini möhkəmləndirdikcə Kovalyov onu dövləti öz prezidentliyi ətrafında mərkəzləşdirməkdə tənqid edib. 2010-cu ilin martında “Putin Getməlidir” adlı açıq müraciətə imza atıb. O zaman müraciət 150 mindən çox imza toplamışdı.

Kovalyov 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə, separatçı Abxaziya və Cənubi Osetiyanın Moskva tərəfindən tanınmasına qarşı çıxıb.

O, 2014-cü ildə Moskvanın Ukraynanın Krım yarımadasını tutmasını, Ukraynanın şərqində separatçılara hərbi, siyasi və iqtisadi dəstək verməsini qınayıb.

Son illər Moskvada təqaüd dövrünü yaşayan Kovalyov ara-sıra onu narahat edən məsələlərlə bağlı bəyanatlar verirdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button