2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sergey Lavrov: “Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir”

Hikmət Hacızadə: “Əsas məqsəd  Rusiyanın öz ordusunu Azərbaycana qaytarmaq   istəməsidir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində  məqaləsi  dərc edilib. S.Lavrov məqalədə qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır.
APA-nın məlumatına görə, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş yazısında S. Lavrov bu barədə  bildirib. XİN rəsmisi deyib ki, Rusiya digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir:
“Bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir  Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur. Bir sıra razılıqlar əldə olunur. Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir. İşin nəticəsi ilk növbədə tərəflərin siyasi iradəsindən, kompromisli qərara hazır olmasından və uyumluluq nümayiş etdirməsindən asılıdır”.
Politoloq Hikmət Hacızadə Azadlıq.info-ya açıqlamasında   Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində  Rusiyanın öz  niyyətinin olduğunu deyir. Politoloqa görə, əsas məqsəd  Rusiyanın öz ordusunu Azərbaycana qaytarmaq   istəməsidir:
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səmimi  mövqe nümayiş etdirmir. Onun yenə də erməniləri qorumaq niyyəti var.   Rayonların qaytarılmasından sonra Rusiya özünün sülhməramlılarını  yerləşdirmək niyyətini güdür. Əsas məqsəd bu olsa da,  məsələ hələlik dalana dirənib. Azərbaycan hazırda buna razılıq vermir.  Nəticənin necə olacağını da indidən demək mümkün deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button