Loading...
Loading...
SEÇMƏ

Sergey Lavrov: “Fərrux kəndi ilə bağlı məsələnin həlli müzakirə olunacaq”

Bu açıqlamanı iyunun 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda həmkarı Ararat Mirzoyanla keçirdiyi brifində səsləndirib.

Nazirin sözlərinə görə, Rusiya ordusu Fərrux kəndi ilə bağlı məsələni öz prioritetlərindən biri olaraq saxlayır:

“Bu vəziyyətin deeskalasiyası baxımından artıq müəyyən nəticələr var. Biz belə başa düşürük ki, başlanan substantiv delimitasiya işlərinin bir hissəsi kimi bu məsələlərə mütləq baxılacaq və həll olunacaq”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputat Artur Kazinyan Sergey Lavrovun bəyanatını “çox maraqlı və gözlənilməz vəziyyət yaranır” deyə dəyərləndirib.

Onun sözlərinə görə, əgər Sergey Lavrovun açıqlaması nitq xətası və ya yaşayış məntəqələri adında çaşqınlıq deyildisə, o zaman çox maraqlı və gözlənilməz vəziyyət yaranır.

“Parux (Fərrux kəndini ermənilər belə adlandırır – red.) kəndinin Artsaxda (Qarabağ nəzərdə tutulur- red) yerləşdiyini nəzərə alsaq, güman etmək olar ki, Azərbaycanla dövlət sərhədinin delimitasiyası təkcə Ermənistan deyil, həm də Artsax tərəfindən aparılmalıdır. Lavrovun fikrincə, Artsaxın Azərbaycanla delimitasiya olunmuş sərhədi olmalıdır, bunun nəticəsində Azərbaycan silahlı qüvvələrinin təkcə Paruxdan deyil, Şuşi (Şuşa) və Hadrutdan (Ağoğlan) da çıxarılması məsələsi gündəmə gəlib”, -deyə erməni deputat bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Fazil Musatafa Rusiyanın xarici işlər nazirinin açıqlamasını pozuculuq məqsədi daşıdığını deyib:

Rusiya görür ki, proses həllini tapmaq istiqamətində gedir, pozmaq istəyirlər”.

Bu barədə Meydan TV-yə danışan Fazil Mustafa bildirib ki, Lavrovun söylədikləri mənasız və Azərbaycan üçün keçərli deyil:

“Azərbaycan torpaqlarının üzərində qərarları özü verir. İkincisi, Azərbaycan Lavrovun dediklərinə və ermənilərin arzularının gerçəklşməsinə yol verməz. Bu bölgədə öz sərhədlərimizi özümüz müəyyən edəcəyik və heç bir ölkə də buna müdaxilə edə bilməz”.

Deputatın sözlərinə görə, Rusiya sülhməramlıları hansısa bir addım atmağa çalışsalar, onların orda qalması məsələsi gündəmə gələcək.

Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirib.

Bununla da ermənilər Xocalının həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini (ermənilər Xramort deyirlər – red.) tərk etməyə məcbur olublar.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Gözdən qaçırmayın:  Vaşinqton Bakı ilə Yerevanın sülhlə bağlı addımlarını dəstəkləyir

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button