Now Reading:
Serj Sarkisyan postundan getmək istəmir

“Hakimiyyətin konturları Konstitusiya tərəfindən müəyyənləşib. Əgər biz konkret vəzifələr barədə danışırıqsa, onda təbii ki, mən və həmkarlarım daim axtarışdadır. Təyin olunan vaxtda bütün postlar tutulacaq. Şübhəniz olmasın. Əgər bu və ya digər vəzifəyə kiminsə təyin olunması barədə danışırlarsa, deməli, bu yaxşıdır. İnsanların nəyisə gözləmək hüququ var. Lakin heç bir hakimiyyət bunu əvvəlcədən demir. Hökumət postları haqqında əvvəlcədən danışmaq düzgün deyil”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunları Ermənistan prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində gələn ilin aprel ayında ölkə hökumətinin formalaşması barədə sualı cavablandırarkən deyib.

Jurnalistin “siz öz karyeranızı bitirən insana bənzəmirsiniz” atmacasına isə S. Sarkisyan belə cavab verib: “Hər halda ən düzgün yol budur ki, son ana qədər könüllü olaraq götürdüyün öhdəlikləri yerinə yetirmək lazımdır. Mən öz öhdəliklərimi son saniyəyə qədər yetirməyə hazır olmalıyam. Sonra nələr olacağına baxarıq”.

“Siyasətdə qalacaqsınızmı” sualına da Sarkisyan “baxarıq” deyə cavab verib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.