2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sevinc Babayevanın oğluna hökm oxundu – 15 il

Sevinc Babayevanın oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arvadını bıçaqlamaqda təqsirləndirilən Ayxan Məmmədova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror A.Məmmədovun törətdiyi əmələ görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
O, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.
Xatırladaq ki, A.Məmmədov ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.
Həmin zaman S.Babayeva “İnterpol” xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.(Musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button