2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Seymur Həzi Gəncə olaylarından yazdı

Hakimiyyət düşünməlidir…

Seymur Həzi

Son günlər Gəncədə baş verən hadisələr barədə susmaq mümkün olmadığı kimi, doğru da deyil! Hadisənin tətikləyici motivinin nədən ibarət olmasından asılı olmayaraq, silahın siyasət meydanında özünə yer tapması hər kəsi düşündürməlidir. Xüsusilə, polis zabitlərinəqarşı baş verən olaylara dəqiq və aydın münasibət bildirilməlidir.

Şübhə yoxdur ki, ölkədə baş verən hər bir irimiqyaslı siyasi hadisəyə polisdən öncəvəzifəsindən asılı olaraq, biz siyasətçilər cavabdehik. Bu baxımdan polisin hansısa aqressiv təxribatın hədəfi olması təəssüf doğurur.

Saytların yığılması Saytlarin yigilmasi

Ümimiyyətlə isə aqressiyanın bir metod kimi siyasətə yol tapması yolverilməzdir. Hakimiyyət də gərək bu qarşılıqlı əks-əlaqə barədə düşünsün! Sivil siyasi mübarizəyəmeydan verilsin!

Polislər də bizim yaxın insanlarımızdan seçilmiş şəxslərdir. Bu gün Azərbaycanda eləailə tapılmaz ki, polis orqanlarında onun bir yaxını işləməsin. Bu baxımdan, baş verən hadisə heç bir ictimail kinə və qəzəbə səbəb olmamalı, əksinə, dinc mübarizəyə kölgəsalan bu əməllər pislənməlidir.

Bəs günahkarları harada axtarmaq lazımdır? Bu sualın cavabını onu axtarmalı olan qüvvələr daha yaxşı bilir. Bu cür hadisələr heç bir siyasətin ifadəsi ola bilməz vəolmamalıdır.

Azərbaycanda azad və ədalətli bir cəmiyyət quruculuğu üçün bundan sonra da illərimi məhbəsdə keçirməyə hazır biri kimi bəyan edirəm ki, heç vaxt çirkli yol təmiz məbədəapara bilməz. Və bu barədə hakimiyyət hamıdan daha çox düşünməlidir!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button