2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Seymur Həzi və Bayram Məmmədov növbəti ad gününü həbsdə keçirir

Martın 1-də “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin və «heykəl məhbusu» kimi tanınan, Bayram Məmmədovun doğum günüdür.

Seymur Həzi 5-ci ad günüdür ki, məhbəsdə qarşılayır. O, 2014-cü il avqustun 30-da həbs edilib. Jurnalist xuliqanlıqda ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edib.

O,  “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

24 yaşını həbsxanada qarşılayan Bayram Məmmədov isə üçüncü ildir məhbəsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonrasaxlanılıblar. Narkotik vasitələrin dövriyyəsində ittiham olunsalar da, ittihamı qəbul etməyiblər. Onlar şərlənərək həbs olunduqlarını, istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button