2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Seysmoloji Xidmət Azərbaycanda zəlzələ ilə bağlı xəbərləri təxribat sayır

Yayımlandı: 10 Fevral 2023 18:01

“Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa çağırırıq”

Azərbaycan Seysmoloji Xidmət Mərkəzi ictimaiyyəti yayılan təxribat xarakterli şaiyələrə inanmamağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə mərkəzin fevralın 10-da media nümayəndələrinə müraciətində bildirilir.

Seysmoloji Xidmət Mərkəzi fevralın 6-da Türkiyədə baş verən zəlzələni xatıradaraq əlavə edib ki, hadisədən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır.

“Təəssüf ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər. Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq”, – deyə məlumatda qeyd olunur.

Məlumatda seysmik stansiyalar şəbəkəsi tərəfindən Azərbaycanda seysmik vəziyyətin izlənildiyi bildirilib.

Azərbaycanda ən güclü zəlzələ 2000-ci ilin noyabrında baş verib (7 bal).

Xatırlatma

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 min 991-ə çatıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button