2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şeyx ərəb turistlərində təhlükə görür

İlham İsmayıl: «Əgər turist gəlib Azərbaycanda hansısa dini proseslərə müdaxilə edibsə, bilin ki, bu onun şəxsi təşəbbüsü deyil»

“Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil: “Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”. (Report)

Nazir Əbülfəs Qarayev isə bildirib ki, ölkəyə gələn ərəb turistlərinin sayı 8 dəfə artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, əgər Şeyxə bu məlumatlar bəllidirsə, bunu alqışlamaq lazımdır: «Sıravi adamlar gələn turistlərin məqsədini bilmirlər. Belə çıxır ki, bunların qarşısında başqa məqsədlər də qoyulub. Əgər turist gəlib Azərbaycanda hansısa dini proseslərə müdaxilə edibsə, bilin ki, bu onun şəxsi təşəbbüsü deyil. Bu kiminsə tapşırığının yerinə yetirilməsidir. Ona görə Şeyxin açıqlamasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu açıqlamadan həm Dini İşlər Üzrə Komitə, həm də xüsusi xidmət orqanları yararlanacaqlar».

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button