Gündəm
Şeyxülislam Allahşükür Paşazadə Moskvaya gedir
Bu gün şeyxülislam Allahşükür Paşazadə Moskvaya gedir. O, sentyabrın 21-də keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək.
Səfər Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Şeyx Ravil Qaynutdinin dəvətilə baş tutacaq.
Həmçinin Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin 30, müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunmuş forumda çıxış edəcək.
Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril ilə görüşəcək.