2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şeyxülislam sökülən və təmir edilən məscidlərlə bağlı açıqlama verib

Allahşükür Paşazadə: ”Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur”

Saytların yığılması Saytlarin yigilmasi

“Din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm”.  

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının “Sovetski” ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.

“Məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib. Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam”.

Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına da münasibət bildirib. Deyib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar.

“Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur”. 

İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.

Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.

Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.

“Hacı Cavad” isə “Sovetski” bu günə qədər söküləcək ilk məscid deyil. Daha öncə “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidini də söküblər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button