Now Reading:
Shahroudi-nin Almaniyanı tərk edəcəyi xəbəri yayılıb

Almaniya federal prokurorluğu bu ölkədə müalicə alan aparıcı İran ruhanisinə qarşı ittiham irəli sürüb-sürməməyi araşdırmaqdadır. Yanvarın 11-də ruhaninin Tehrana qayıda biləcəyi xəbəri yayılıb.

Prokurorluğun sözçüsü yanvarın 10-da “Reuters” agentliyinə deyib ki, “Ayətulla Mahmud Hashemi Shahroudi-nin bəşəriyyətə qarşı cinayət törətməkdə təqsirli olub-olmadığını hüquqi əsaslarla araşdırmaqdayıq”. Söhbət ayətullanın İranın ədliyyə naziri olarkən gerçəkləşdirilən 2 minədək edamdan gedir.

Sözçü deyib ki, onun Almaniyada qalmasından, yaxud buranı tərk etməsindən asılı olmayaraq, araşdırma aparılır.

“BİRBAŞA MƏSULİYYƏT DAŞIYIR”

Bu həftə Almaniyada iranlı ruhaniyə qarşı iki məhkəmə iddiası qaldırılıb. İddianın birini Yaşıllar Partiyasından keçmiş millət vəkili Volker Beck, digərini mühacirətdə fəaliyyət göstərən müxalifət qrupu – İran Milli Müqavimət Şurası qaldırıb. Müxalifət qrupu Almaniyanı Sharoudi-ni dərhal həbs etməyə, onu müalicə aldığı Hannoverdən buraxmamağa çağırıb. Qrup bildirib ki, İran hökuməti Shahroudi və ətrafındakıların yanvarın 11-də Tehrana qayıtmasından ötrü yeddi təyyarə bileti alıb.

İran insan haqları koalisiyasının yanvarın 10-da bildirdiyinə görə, alman hökumətinə Shahroudi-ylə bağlı dəlil təqdim edib, onun “saysız insan haqları fəallarını, vəkilləri, jurnalistləri, bloqqerləri, siyasi dissidentləri, dini azlıq təmsilçilərini İranın bədnam həbsxanalarına göndərən İslam İnqilab Məhkəmələri üçün məsuliyyət daşıdığı, həmin şəxslərin həbsxanalarda işgəncəyə, zorlamaya və qətlə məruz qaldıqları” qeyd edilir.

Koalisiya mətbuat üçün yaydığı açıqlamada 2003-cü ildə Nobel Sülh Mükafatı almış Shirin Ebadi-dən sitat gətirir. O deyib ki, “Shahroudi, fundamental insan haqlarının sistematik pozuntusu və təqiblər üçün məsuliyyət daşıyan hakim və prokurorların təyinatına birbaşa məsuldur. O mühakimə olunmalıdır”.

***

Almaniya federal prokurorluğu bu ölkədə müalicə olunan aparıcı iranlı ruhaniyə ittiham irəli sürülməsini nəzərdən keçirir. Söhbət adı İranın ali dini liderinin mümkün varisi kimi hallandırılan ayətulla Mahmud Hashemi Shahroudi-dən gedir.

Prokurorluğun sözçüsü yanvarın 9-da deyib ki, keçmiş almaniyalı deputatdan ayətullaya qarşı şikayət alıblar. Deputat ruhanini İranın ədliyyə nazirliyinin başında durduğu müddətdə “insanlığa qarşı cinayət törətməkdə”, yüzlərlə edama nəzarətdə suçlayır.

Prokurorluq Yaşıllar Partiyasından keçmiş deputat Volker Beck-in şikayəti üzrə qərar verməyin nə qədər çəkəcəyini açıqlamayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.