2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəhid ailələri də Şəhidlər Xiyabanına buraxılmadı – VİDEO

Noyabrın 20-də birdəfəlik yardım ala bilməyən şəhid ailələri yenidən Milli Məclisin qarşısına toplaşıblar. Ailələr Şəhidlər Xiyabanına getmək istəsələr də, ərazidəki polislər imkan verməyib.

https://www.facebook.com/MeydanTelevision/videos/336339190251092/?t=0

Onları Milli Məclisin qarşısındakı dayanacağa doğru yönəldiblər. Şəhid ailələri jurnalistlərə deyiblər ki, polislər onları Milli Məclisin qarşısına buraxmır:

“Mətbuatda bizi bir qrup adlandırırlar, biz qrup deyilik, 10 minlərlə şəhid ailəsi var ki, 11 min manat birdəfəlik yardımı ala bilməyib. Nazir Sahil Babayevlə də görüşdük, ancaq müavinətimizi vermirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar jurnalistlərə qanunsuzluqları aşkarladıqları sənədləri təqdim ediblər. Şəhid ailəsindən olan Əli Mustafayev bildirib ki, 26 yanvar 1981-ci ildə vəfat edən Qarayev Şirvan Məhi oğlunun müavinətilə bağlı 1994-cü ilin sənədində imzası var:

“Bu, necə ola bilər. Bu cür saxtakarlıqlar az deyil. Təkcə Zərdab rayonundan 3 belə fakt var, rayonun müvafiq orqanlarına müraciət edilib, o cümlədən, deputat Aqil Abbas belə sənədləri bizdən istəyib. Bəzi rayonlardan pul alanları efirə çıxarıb danışdırırlar, amma televiziyalar bura yığışanlarla maraqlanmır”.

Mingəçevirdən gələn Bənövşə Abdullayeva YAP-çı deputat Aydın Mirzəzadəyə müraciət etdiklərini bildirib:

“Dəfələrlə görüşüb ondan qarşılaşdığımız problemlə maraqlanmağını istədik, sosial şəbəkə vasitəsilə müraciət etdik. Sonda, o, bizi “tərbiyəsiz”, “mədəniyyətsiz” deyə təhqir edəndən sonra “blok”a atdı. Aydın Mirzəzadənin Migəçevirdəki obyekti şəhid ailələrinin yaşadığı binaya yaxındır, amma bir dəfə də bizimlə maraqlanmır”.

Onların sözlərinə görə, deputat Qənirə Paşayeva sonuncu görüşdə 3 günə cavab verəcəyini söyləsə də, hələ reaksiya yoxdur:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri televiziyaya çıxıb şəhid ailələrinə mənzil verildiyini minnət kimi başımıza çırpır. Axı bütün şəhid ailələrinə mənzil verilmir, niyə yalan məlumatı yayırlar?”

Prezident İlham Əliyev aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər. (Meydan TV)

24saat.org xatırladır ki, noyabrın 17-də Milli Dirçəliş Günü münasibəilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli və digərlərinə polis mane olub və 52 nəfəri Səbail rayon polis idarəsinə aparıb.

Saxlanan şəxslərin bir hissəsi sərbəst buraxılıb, 11 nəfəri isə inzibati qaydada cəzalandırmaq üçün noyabrın 19-da məhkəmə qarşısına çıxarılıb.

AXCP sədri Əli Kərimli 2500 manat, digərləri 400-500 mnat cərimə edilib, 3 nəfər barəsində isə 20 sutka inzibati hıbs qərarı çıxarılıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button