2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Sıfırdan başlamağın kədəri

1995-ci ildə Flora Kərimovadan “Müxalifət” qəzeti üçün bir müsahibə götürmüşdüm.

Heç unutmuram o müsahibəni.

Yəqin Flora xanım da xatırlayar…

Saytların yığılması Saytlarin yigilmasi

Söhbətin sonunda Flora xanım ağlaya-ağlaya yuxuda Şuşadakı küçələrini gördüyünü, yolun sonunda dalandakı evlərini boynunu uzadaraq necə görmək istədiyini, amma görmədən yuxudan səksənərək ayıldığını danışmışdı.  O vaxt mən gənc idim, həsrət nədi bilmirdim. İndi tez-tez o söhbəti xatırlayıram. Özüm Zərdabı, Bakını yuxuda görəndən sonra saatlarca ağlayanda…

Ölkədə elə düşünürlər ki, xaricə gedənlər kef çəkir.  Bəziləri hətta qısqanclığından mühacirləri, ümumiyyətlə ölkədən kənarda olanları topa tutur. Amma əslində müəyyən bir yaşa çatdıqdan sonra ölkədən gedənlərə acımaq lazımdır.  Elə bilirsiz o mühacirlər kefindən oturur fb-də, bütün günü ona-buna söz atır, polemikaya girir? İnsanlar öyrəşdiyi mühitdən, sosial çevrəsindən qoparılıb bomboş bir həyata atılırlar. Ölkədən kənarda insanların əksəriyyəti sıfırdır, qosqoca boşluqdur. Xatirələr yox, dostlar yox, küçəyə çıxanda qulağa dəyəcək doğma dil heç yox.

Mağazalarda, restoranlarda adət elədiyin heç bir şey yox…

Elə bil qosqoca ağacı yerindən çıxarıb, başqa yerdə basdırmısan. Çıxaranda nə qədər kökü, qanadı qırılıb, yaralı, əskik, yad torpaq. Qocalıb artıq, kök atmaq, alışmaq çox çətindir. Boynubükük qalıb, köhnə yerinə boylana boylana…

Təbii gənckən uyğunlaşmaq daha rahatdır. Gənclər indi daha çox gedir ölkədən. Dünən dostlardan birinin həyəcan təbili çaldığını gördüm sosial şəbəkədə – “beyin köçü başlayıb” yazmışdı.  Hamı gedir, ya da getməyə hazırlaşır. Ölkə itirir, təbii ki… Amma sual verək, ölkədə olanda o beyinlərlə nə olurdu ki? Məgər Azərbaycanda biliyə, savada görə yüksəlmək mümkündür? Və ya nə dərəcədə və hara qədər mümkündür? Harvard məzununu belə saxta parlamentdə oturdan bir məmləkətik biz.  Uğura yollar ancaq boyun əyməkdən və yaltaqlıqdan keçir. İlham Əliyev ona yaxşı yaltaqlanan və tabe olan nazirlər istəyir, Ramiz Mehdiyev yaxşı yaltaqlanan və əmrləri sözsüz yerinə yetirən icra başçısı istəyir, təhsil naziri və maarif müdürləri yaxşı bülleten gizlədən müəllim istəyir, etiraz edənlər cəzalandırılır, iclaslarda əl çalan həkimlər, hakimiyyətə tərif çıxışları edən idmançılar lazımdır. Heç kimə düzgün mütəxəsis lazım deyil, peşəkar axtaran yoxdur.

Ölkədə qiymətin ala bilməyən idmançılar, alimlər, müəllimlər çıxış yolunu başqa ölkələrə daşınmaqda görür. Ömürlərinin, bu günə qədər yaşadıqları hissəsinin, əzizlərinin, doğma yerlərin üzərindən xətt çəkərək, sıfırdan başlamağa gedirlər. Psixoloji travmadır – amma başqa yol yoxdur. Ölkədə qalmaq ölümdür, fiziki olmasa da, mənəvi ölüm, potensialının məhvidir. Ya keçmişini öldürməlisən, ya gələcəyini… Gedənlər keçmişini öldürənlərdir.  Qalanlar gələcəyini… Başqa seçim yoxdur, qatil omalısan, ikisindən birini qətl eləməlisən. Çünki bu hökümət bizi seçim qarşısında qoyub.

Ya da…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button