2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sığorta şirkətləri uçurumun kənarında

İcbari avtomobil sığortası sözün həqiqi mənasında sığorta şirkətlərinin kabusuna çevrilməyə başlayır. Son iki ildə dolların bahalaşması fonunda xaricdən gətirilən avtomobil ehtiyat hissələrinin qiymətləri xeyli artıb. Bu da avtomobillərin təmir xərclərini kəskin artırıb. Avtomobil qəzaları ilə sığorta hadisələrinin çox olması, bu növ üzrə sığorta ödənişlərinin artması fonunda sığorta haqlarının standard olaraq qalması icbari avtomobil sığortasında zərərliliyi xeyli artırıb. Bunu son statistika da göstərir.

İcbari avtomobil sığortasında zərərlilik artıb

Saytların yığılması Saytlarin yigilmasi

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin yanvar-mart ayları üzrə açıqladığı hesabata əsasən, bazar üzrə avtomobillərin icbari sığortası üzrə 2017-ci ilin yanvar-mart aylarında  yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14% və ya 2,849 milyon manat azalaraq 17,461 milyon manat təşkil edib. Halbuki, 2016-ci ilin yanvar-mart aylarında bu sığorta üzrə 20,310 milyon manat sığorta haqqı toplanıb.

Yığımların azalması fonunda avtomobilllərin icbari sığortası üzrə ödənişlər və yaxud təmir xərcləri 24,6% artaraq 9,931 milyon manat olub. Bu isə o deməkdir ki, avtomobillərin icbari sığortası ötən ilin eyni dövrü ilə müqayisədə daha zərərli sığorta növünə çevrilib. Yəni, 2016-cı ilin birinci rübündə sığorta şirkətləri topladıqları hər 100 manatdan 39,2 manatını ödəniş xərclərinə yönəldirdilərsə, bu ilin eyni dövründə bu rəqəm 56,8 manata yüksəlib.

Endirimlər sığorta şirkətlərini uçuruma aparır

Ekspertlər hesab edirlər ki, manatın məzənnəsinin yaratdığı çətinliklə yanaşı, avtomobillərin icbari sığortası ilə bağlı sığorta şirkətlərinin müştərilərə etdiyi endirimlər vəziyyəti daha da çətinləşdirib. Sığorta eksperti Ramin Səmədov fins.az-a bildirib ki, bəzi iri sığorta şirkətləri fərdi satış bazarında pay əldə etmək məqsədilə hətta endirimləri 40%-ə qədər yüksəltmişdilər. Amma belə biznes yanaşma özünü doğrultmadı. İri sığorta oyunçularının böyük endirim təklifləri isə digər sığorta şirkətlərini endirim etməyə sövq edirdi. Hazırda isə sığorta şirkətləri ödənişləri qarşılamaqda çətinlik çəkirlər. Hətta bəzi hallarda 250 manatlıq ödənişi belə müştəriyə vermək istəmirlər.

Əsas səbəblər

Avtomobillərin icbari sığortası üzrə zərərliyinin getdikcə artması sığorta şirkətlərini də narahat etməyə başlayıb. “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, təmir xərclərinin artması ilə yanaşı, ilin əvvəlindən etibarən avtomobil qəzalarının artması ödənişləri 3 dəfəyə yaxın artırıb. Bu isə əsasən hava şəraiti ilə bağlı olub. Xüsusilə də yanvar-fevral aylarında soyuq hava şəraitində avtomobil qəzaları çoxalıb. Məsələn, adi qaydada bir gündə 15-ə qədər sığorta hadisəsi ilə bağlı müraciət edilirsə, qış aylarında bəzi günlərdə qəzaların sayı hətta 50-60-a qədər yüksəlib.

O.Məmmədov bildirib ki, avtomobillərin icbari sığortasında zərərliliyin artmasına təsir edən digər səbəb sığorta şirkətlərinin tətbiq etdikləri endirimlərdir. Amma bu özü-özünü aldatmaqdır və uğurlu biznes modeli sayıla bilməz. Hazırda kütləvi şəkildə və böyük həcmdə endirimlərə rast gəlinməsə də, sığorta şirkətləri əvvəl tətbiq etdikləri endirimlərin ziyanını çəkirlər.

Kiçik şirkətlərin fəaliyyətinə ağır zərbə

Avtomobillərin icbari sığortası Azərbaycan sığorta bazarı üzrə şirkətlərin portfelində əsas paya malikdir. Əsas sığorta növündə zərərliliyin yüksəlməsi isə böyük kapitala malik şirkətlərə ilkin mərhələdə ciddi təsir göstərməsə də, nisbətən kiçik şirkətlərin fəaliyyətinə ağır zərbə deməkdir.

İri şirkətlər də endirimlərə qarşıdır

Fins.az-ın sığorta bazarından əldə etdiyi məlumata görə, sığorta şirkətlərinin vəziyyəti sadalanandan daha gərgindir. Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başladığı dönəmdən etibarən avtomobillərin icbari sığortası üzrə endirim və güzəştlərin aradan qaldırılmasına çalışır və bununla bağlı sığorta şirkətlərinə dəfələrlə xəbərdarlıq edib. Artıq endirimlərin tətbiqinə görə, sanksiyalar da tətbiq edilir. Bakıda və regionlarda bununla bağlı reydlərə başlanılıb. Bütün bunlarla yanaşı, maraqlıdır ki, əvvəl böyük həcmdə endirim edən sığorta şirkətləri artıq özləri Palataya müraciət edərək bazar üzrə bu halın aradan qaldırılmasını xahiş edirlər.

Palatadan sərt təpki

Palata isə zərərliliyin daha da artacağı və görülən tədbirlərin effektli olmayacağı təqdirdə avtomobillərin icbari sığortasının həyata keçirməsini sığorta şirkətlərdən ala bilər. Əldə etdiyimiz məlumatlara görə, artıq bu məsələ Palatada müzakirə edilir.

Belə ki, plana əsasən icbari avtosığorta üzrə hovuz yaradılması, sığorta şirkətlərinə isə yalnız satış müqabilində 15%-20% həcmində komisyon haqq verilməsi nəzərdə tutulur. Yeniliyin baş tutması isə qarşıdakı bir il ərzində avtomobillərin icbari sığortası üzrə bazarın vəziyyətindən asılı olacaq. (Fins.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button