2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şikayətçi: 'Kasıb-kusuba status düşmür?'

Özlərini İkinci Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim edən bəzi şəxslər bu gün, martın 7-də Bakıda Müdafiə Nazirliyinin önündə şikayətlərini dilə gətiriblər. Şikayətçilərin sözlərinə görə, onlar status ala bilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Müraciət etsək də, imtina gəlib. Elə adamlar olub ki, iş yeri olduğu halda göndərilib, qayıdanda geri götürməyiblər ki, “sənin başında kontuziya var”. Veteran pulu olan 80 manatı da istəmirik, sadəcə istəyirik ki, bizə status verilsin”, – onlardan biri vurğulayıb.

20 nəfərə yaxın şikayətçi qeyd edib ki, statusun verilməsində ayrıseçkilik var: “Biz torpaq üstündə yatmışıq, bizə status vermirlər, tanışı olanlar artıq veteran kitabçasını alıb. Deməli, kasıb-kusuba status düşmür?”.

Onlardan Mustafayev Nicat isə bildirib ki, 2020-ci ilin sentyabrında elan edilən səfərbərlik ilə xidmətə gedib: “Medalla təltif olunmuşam. Hərbi biletimdə də var… Müdafiə Nazirliyinə gələndə mənə dedilər ki, bu medal sizə həvəsləndirmək üçün verilib. Biz birinci sinif şagirdi deyilik ki, bizi həvəsləndirmək üçün medal verilsin”.

Bu şikayətlərlə bağlı, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl da eyni şikayətlə bir neçə dəfə aksiya keçirilib. Onda rəsmilərdən şikayətlərin araşdırıldığı ilə bağlı açıqlama olub.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button