2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Silah zavodundakı partlayışla bağlı cinayət işi açıldı – Hadisə necə olub?

Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Şirvan Araz zavodu”nda baş vermiş partlayışla bağlı cinayət işi başlanılıb.

Dünən saat 13:30-da zavodun poliqonunda baş vermiş partlayış nəticəsində baş konstruktor 1986-cı il təvəllüdlü Razi Almazovun xəsarətlər alması ilə bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, partlayış yeni seriyası istehsal edilmiş və şərti adı “Maral” olan minaatan mərmisinin sınağı zamanı baş verib. Mərmi 60 mm-lik HM14 tipli minaatana daxil edilərkən lülə hissəsində partlayış olub. Bu zaman baş konstruktor R.Almazov xəsarətlər alıb. Sınaq prosesində iştirak edən zavodun baş mühəndisi Saməddin Səfərov onu xəstəxanaya çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmalar davam etdirilir.

24 saat” “Silah zavodundakı partlayışla bağlı cinayət işi açıldı – Hadisə necə olub?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button