Now Reading:
Silahlı insidentlə bağlı rəsmi məlumat

Bərdə rayonunun Əmirli kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəş Azər Nurəliyevin ölümünə səbəb olub.

 

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 29-da saat 16 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib. Nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılmış, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülmüşdür.

Araşdırma aparılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.