2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Silahlı şəxs məmurun arvadını öldürmək istədi -Universitetdə insident

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun xanımı Anna Turçinovaya qarşı silahlı hücum olub.

Naməlum şəxs qadına bıçaqla zərər yetirməyə çalışıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, Anna Turçinova hadisə nəticəsində xəsarət almayıb: “Bir neçə saat öncə Turçinovun xanımına qarşı silahlı hücum olub. Cinayətkar Anna Turçinovanın işlədiyi universitetdə ona hücum edərək bıçaqla xəsarət yetirmək istəyib. Xoşbəxtlikdən müəssisənin mühafiəçisi yaxınlıqda olub və həmin şəxsi yaxalayaraq polisə təhvil verib. Donetsk sakini olan həmin qatil Turçinovun ailəsinə məqsədli şəkildə zərər yetirmək üçün Kiyevə gəlib. Hazırda faktla bağlı araşdırma aparılır”, – deyə A. Avakov söyləyib. (qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button