2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Silvester Stallone “Rokki” filminin prodüsserini ittiham edib

Yayımlandı: 18 İyul 2022 18:01

Aktyor ona çatacaq maliyyə vəsaitinin ödənilmədiyini deyir

Amerikalı aktyor Silvester Stallone “Rokki” filminin prodüsseri İrvan Uinkleri maliyyə mənimsəməsində ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Aktyor prodüsserin eyniadlı filmin çəkilişləri zamanı ona çatacaq maliyyə vəsaitini ödəmədiyini deyib.

76 yaşlı aktyor prodüsserdən öz haqqını tələb etdiyini və bunun ədalətli addım olduğunu düşündüyünü deyib.

O bildirib ki, bu, onun üçün ağrılı hekayə olsa da, övladları üçün miras qoymaq istəyir.

İlk “Rokki” döyüş filmi 1976-cı ildə çəkilib. Film üç “Oskar”, “Qızıl Qlobus” və “BAFTA” mükafatlarına layiq görülüb.

Bu film əsas ilham mənbəyini üçqat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu Məhəmməd Əlinin öz həmkarı Çak Uepnerlə olan döyüşündən götürüb.

Stallone filmdə Çak Uepnerin prototipi Rokki Balboa obrazını canlandırıb.

Büdcəsi 1,1 milyon dollar olan ekran işi ABŞ kassasında ən çox gəlir gətirən film olub.

Dünya üzrə isə 225 milyon dollar gəlir gətirib.

“Rokki” sonrakı illərdə franşizaya (eyni qəhrəmanın iştirakı ilə çəkilən silsilə film) çevrilib.

Stallone də müxtəlif illərdə çəkilən altı orijinal filmin hamısında boksçu Rokki Balboanı canlandırıb.

Filmlərin beşinin ssenarisini özü yazıb, həm də rejissorluğunu edib.

“Rokki” filminin 2006-cı ildən etibarən ABŞ-ın Konqres Kitabxanası tərəfindən Mədəni, Tarixi və Estetik Əhəmiyyətli Milli Film Reyestrinə daxil edilərək, Milli Film Arxivində mühafizəsinə qərar verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button