2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şimal Axını qaz kəmərlərinin bir neçə yerində sızmalar baş verir

Rusiya qazını dənizin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin operatoru borunun üç şaxəsinin eyni vaxtda dağıldığılnı təsdiqləyib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qazını dənizin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin operatoru borunun üç şaxəsinin eyni vaxtda dağıldığılnı təsdiqləyib.

Operatorun sözlərinə görə bu, “misli görünməmiş” hadisədir:

“Şimal Axını qaz kəməri sistemində eyni gündə üç şaxədə dağınttı misli görünməmiş hadisədir”.

Şirkət bildirib ki, boru kəmərinin işinin bərpa edilməsi üçün lazım gələcək vaxtı indidən demək qeyri-mümkündür.

Sentyabrın 26-da Şimal Axını kəmərlərinin operatoru Şimal Axını 2 kəmərinin Niderlandın Bornholm adasının yerləşdiyi ərazidəki iki qolunda təzyiqin aşağı düşdüyünü bildirmişdi.

İnsidentin səbəbləri açıqlanmır, amma ekspertlər kəmərə bilərəkdən zədə vurulması versiyasını istisna etmirlər.

Elə həmin gün Niderlandın hakimiyyət orqanları dənizdə qaz sızması ilə bağlı gəmilərin bu ərazidəki 9 kilometrlik radiusda hərəkətini qadağan etmişdi.

İki versiya

Nord Stream şirkətinin mətbuat katibi Ulrix Lissek Deutsche Welle radiosuna müsahibəsində deyib ki, qaz sızmalarının baş verdiyi sahədə “köpüklənən böyük göl” müşahidə olunur.

Bundan sonra yerli medialar bildirmişdilər ki, gəmilər habelə Şimal Axını 1 kəmərinin də iki yerdən sızmasını müşahidə ediblər.

Almaniyanın Tagesspiegel qəzeti Almaniya hökumətindəki mənbəyə istinadla iddia edib ki, Şimal Axını və Şimal Axını 2 kəmərlərində təzyiqin düşməsinin səbəbi borulara bilərkdən zədə vurulması ola bilərdi.

Tagesspiegel yazır ki, hazırda qaz sızmalarına səbəb olan iki versiya nəzərdən keçirilir.

Birinci versiyaya görə kəmərlərə Ukrayna və ya onunla bağlı qüvvələr zədə yetirib. Beləki Kiyev Avropaya Rusiya qazının yalnız onun ərazisi və Polşaya gedən Yamal kəməri ilə nəql olunmasında maraqlıdır.

İkinci versiyaya görə isə diversiyanı Ukraynanı ittiham etmək üçün Rusiyanın özü törədə bilərdi.

Sentyabrın 27-də Puitinin sözçüsü Dmitri Peskov deyib ki, o qaz sızmalarına səbəbin sabotaj olmasını istisna etmir.

LXR və DXR-i tanımağın bədəli

Şimal Axını kəmərinin illik gücü 55 milyard kubmetrdir. Onun operatoru Nord Stream AG şirkətidir.

Kəmərin Şimal Axını 1 qolu 2012-ci ildə istismara verilib. Amma Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumuna cavab olaraq Şimal Axını 2 kəməri istismara verilməyib.

Ukraynada müharibədən iki gün əvvəl Almaniya Şimal Axını 2 kəmərinin sertifikasiya prosesini qeyri-müəyyən vaxtadək dayandırıb.

Almaniya kansleri Olaf Şolts bildirib ki, belə bir qərar Rusiyanın qondarma LXR və DXR respublikaslarını tanımaq qərarının fonunda verilib.

24 saat” “
Şimal Axını qaz kəmərlərinin bir neçə yerində sızmalar baş verir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button