2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

“Şimali İraq belə bir qərarı necə özbaşına verə bilər?”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraq Kürdistan Regional Hökümətinin (İKRH) 25 sentyabr tarixində planlaşdırdığı müstəqillik referendumuna dair qərarı Şimali İraqın özbaşına verə bilməyəcəyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyasında iştirak üçün Nyu Yorkda olan Ərdoğan Amerikanın PBS televiziyasının “News Hour” verlişinə müsahibə verib. O, aparıcının “Türkiyə İraqda müstəqil bir Kürd dövləti ilə yaşaya bilərdimi” sualına belə cavab verib:

Saytların yığılması Saytlarin yigilmasi

“İran bu mövzuda Şimali İraqla eyni fikirdə deyil. İraq federal höküməti də həmçinin. Beləliklə, Şimali İraq belə bir qərarı necə özbaşınıza verə bilər? Biz bu qərarı qəbul etmirik. Orda ərəb, türkmən və kürdlər birlikdə yaşayırlar. İraqla 350 km sərhəd xəttimiz olduğu təqdirdə, Türkiyə olaraq biz belə bir referendumu necə qəbul edə bilərik?”.

“Yeni qarşıdurmalara səbəb ola bilər”

İraq mərkəzi hökumətinin, Türkiyə, İran və Qərb qüvvələrinin etirazları davam etsə də, İKRH rəhbəri Məsud Bərzani müstəqillik referendumu qərarından geri çəkilmir.

Sentyabrın 19-da BMT Baş Assambleyasında Ərdoğan yenə də Ərbili referendum qərarından imtina etməyə dəvət eləyib və referendumun regionda yeni qarşıdurmalara səbəb ola biləcəyini söyləyib.

Ərdoğan “İraqın da ərazi bütövlüyünü təmin edə biləcək razılaşmalara və ortaq gələcək yaratmaq ideallarını həyata keçirməyə ehtiyacı var. Regionda müstəqillik tələbləri kimi yeni böhranlara, münaqişələrə səbəb olacaq addımlardan uzaq durulması lazımdır. Ərbili bu təşəbbüsündən imtina etməyə dəvət edirik”, – deyə bildirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button