Now Reading:
Şimali Koreya ABŞ-ı geri çəkilməyə vadar etdi – Pxenyanda bayramdır – VİDEO

Şimali Koreya ABŞ-ı geri çəkilməyə vadar etdi – Pxenyanda bayramdır – VİDEO

Bu gün Şimali Koreya Xalq-Demokratiya Respubliksında əsas milli bayram, “Günəş Günü”dür. “Günəş Günü”ndə Şimali Koreyadakı rejimin banisi Kim İr Senin ad günü anılır.

Milli.Az Reuters-ə istinadən bildirir ki, builki bayramda Kim İr Senin 105-ci ad günü qeyd olunur.

Ölkə paytaxtı Pxenyanda keçirilən ənənəvi paradda Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqlarını təchiz etdiyi “Pukkuksonq-2” ballistik raketləri nümayiş etdirib.

Paradı Şimali Koreyanın lideri Kim Çen In qəbul edib.

Şimali Koreyada “Günəş bayramı” Koreya yarımadası ətrafında beynəlxalq gərginliyin artdığı fonda keçirilir. ABŞ-ın Hərbi-Dəniz Qüvvələri regiona “Karl Vinson” aviadaşıyıcı gəmisinin başda olduğu zərbə qrupu yığıb.

Vaşinqton bəyan etmişdi ki, Pxenyan nüvə sınağı keçirərsə, ölkəyə raket zərbələri endirəcək.

Şimali Koreya da preventiv zərbələrə əl atacağını bəyan etmişdi.

Lakin ABŞ-ın blefi və hədə-qorxuları Pxenyana zərrə qədər təsir etməyib. Bu səbəbdən Vaşinqton fikrindən vaz keçib.

“Şimali Koreyanın qitələrarası ballistia raket və ya nüvə sınağı keçirəcəyi təqdirdə hərbi qüvvədən istifadə etmək niyyətində deyilik. Planlar yalnız Şimali Koreyanın raketlərinin Cənubi Koreya, Yaponiya və ya ABŞ-ın ərazisini hədəfə alacağı təqdirdə dəyişə bilər”, – Pentaqondakı mənbə deyib.

Pxenyan rejimi nüvə sınağı keçirərsə, ABŞ Şimali Koreyaya tətbiq edilən sanksiyaları daha da sərtləşdirəcək.

Ekspertlərin hesablamalarına görə, Şimali Koreyanın 30 nüvə başlığı var. Pxenyan rejimi orta mənzilli ballistik raketləri bu başlıqlarla təchiz edərək Yaponiya və Cənubi Koreyanı çox asanlıqla vura bilər.

 

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.