2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimali Koreya: “ABŞ-ın təyyarə gəmisini tək vuruşla batıra bilərik”

Şimali Koreya ABŞ-ı Koreya yarımadasına doğru irəliləməkdə olan “USS Carl Vinson” təyyarə gəmisini batırmaqla təhdid edib. Bu haqda Şimali Koreyanın dövlət qəzeti yazıb. “Rodong Sinmun” qəzetindəki sözügedən məqalədə deyilir: “İnqilabçı güclərimiz döyüş vəziyyətinə hazır. ABŞ-ın nüvə təyyarə gəmisini tək atışla batıra biləcək qabiliyyətə sahibik.” Yazıda “bu iyrənc heyvana ediləcək hücum ordumuzun gücünü göstərəcək” ifadələri yer alıb.

Məlum olduğu kimi, “USS Carl Vinson” gəmisi bir az əvvəl prezident Donald Trampın əmri ilə yola çıxıb. Tramp rəhbərliyi Şimali Koreyanın ard-arda gələn raket sınaqları qarşısında “’strateji səbrin” tükəndiyini söyləyərək, bu addımı atmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button