2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimali Koreya ABŞ-la danışıqlara başlamaq istəyir

Şimali Koreya ABŞ-la danışıqlara hazır olduğuna eyham vurub. “Danışıqlar “düzgün şərtlər” çərçivəsində baş tuta bilər”, – bu sözləri Şimali Koreya Xarici İşlər Nazirliyində ABŞ-la əlaqələr üzrə departamentin rəhbəri Sxve Son Xi deyib. İnterfaksın məlumatına görə, “düzgün şərtlərin” nədən ibarət olduğunu Şimali Koreya rəsmisi açıqlamayıb. Son Xi bu bəyanatı Oslodan səfərdən qayıtdıqdan sonra Pekin hava limanında verib.
Cənubi Koreyanın diplomatik mənbələri iddia edir ki, Osloda Şimali Koreya rəsmisi “New America” Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Syuzan Dimaqqionun başçılıq etdiyi bir qrup amerikalı ekspertlərlə görüşüb.
Ekspert qrupunun tərkibində həmçinin ABŞ-ı BMT-də təmsil etmiş Tomas Pikerinq və Dövlət Departamentinin kütləvi qırğın silahının yayılmaması üzrə xüsusi müşaviri Robert Einhorn daxil olub. Son Xi Pikerinqlə görüşdüyünü etiraf edib. Amma görüş barədə əlavə şərh verməyib.
Dövlət Departamentindən isə bəyan ediblər ki, bu cür təmaslara böyük əhəmiyyət verirlər. Vurğulanıb ki, bu cür dialoqlar dünyada geniş yayılıb və ABŞ administrasiyasının bununla əlaqəsi yoxdur.Amma müşahidəçilərin fikrincə, bu cür görüşlər ABŞ-la Şimali Koreya arasında yaranan gərginliyi aradan götürməyə imkan verə bilər.
Xatırladaq ki, mayın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Şimali Koreya lideri ilə şəxsən görüşməsi mümkündür.

Xəyal

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button