2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Şimali Koreya-ABŞ müharibəsi başlayır: DƏHŞƏT DOLU BƏYANAT

Koreya yarımadasına Amerika hərbi donanmasının zərbə qrupunun göndərilməsi ABŞ-ın təcavüzkar niyyətlərini göstərir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik bildirir ki, Pxenyan Vaşinqtonun istənilən təxribatına cavab verməyə hazırdır.
“Koreya yarımadasının sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanının başçılıq etdiyi zərbə qrupunun göndərilməsi sübut edir ki, ABŞ-ın Koreya Xalq Demokratik Respublikasına müdaxilə ssenarisi ciddi mərhələyə daxil olub. Əgər ABŞ “önləyici zərbə” və “qərargahların məhv edilməsi haqqında” şüarlarla hərbi hərəkətlərə başlamağa cəsarət edərsə, Koreya Xalq Demokratik Respublikası ABŞ-ın istənilən hərbi hərəkətinə reaksiya verməyə hazırdır”, – bəyanatda deyilir.
Qeyd edək ki, ABŞ iki gün əvvəl gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupunu göndərib. Zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, sonradan Sinqapurdan Koreya yarımadasına doğru hərəkət etməyə başlayıb. Zərbə qrupunda “Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.
Bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster hərbi donanmanın zərbə qrupunun Koreya yarımadası sahillərinə göndərilməsi barədə qərarı qanunauyğun adlandırıb. O vurğulayıb ki, Pxenyanda nüvə arsenalının mövcudluğu qəbuledilməzdir. O əlavə edib ki, Donald Tramp bu təhlükənin aradann qaldırılması məqsədilə imkanların bütün spektrini təklif etmək üçün hərbçilərdən hazır olmağı xahiş edib.
Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.
Vaşinqtonda ümid edirlər ki, Çin diplomatiya və sanksiyalardan istifadə edərək Pxenyanı nüvə proqramının inkişafından imtina etməyə inandıra biləcək. Amma KXDR nüvə proqramının inkişafında israrını davam etdirərsə, ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçərəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button