2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Şimali Koreya liderinin adını daşıdığı üçün həbs edildi – ŞOK HADİSƏ

Koreya Xalq Demokratik Respublikasında (Şimali Koreyada) bir nəfər Kim adlı ABŞ vətəndaşı saxlanılıb.
Publika.az Cənubi Koreyanın “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hadisə ötən həftə yaşanıb.
Məlumatda deyilir ki, ABŞ vətəndaşı Şimali Koreyanı tərk edən zaman Pxenyan beynəlxalq hava limanında tutulub. Saxlanılan ABŞ vətəndaşı Çinin Yanbian Universitetinin keçmiş professor-müəllimi olub. O, Şimali Koreyaya bu ilin mart ayında səfər edib.
Bununla da son 3 ildə Şimali Koreyada həbs edilən ABŞ vətəndaşlarının sayı 3-ə çatıb. Onlardan biri casusluqda, digəri isə otel ləvazimatlarını oğurlamaqda təqsirli bilinir.
Yeni həbs olunan ABŞ vətəndaşı isə Kim adını daşımaqda təqsirli bilinir.
Qeyd edək ki, Şimali Koreya qanunlarına görə, bu ölkənin lideri olan Kim Çen Inın adını hər adam daşıya bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button